Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda növbədənkənar prezident seçkisi ehtimalı - rəylər


Seçki Məcəlləsinə dəyişiklik və hakimiyyətə yaxın deputatın açıqlaması nədən xəbər verir?


Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik edilir. Bu, Seçki Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. 

Layihəyə əsasən, Məcəllənin 179-cu (Növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində növbədənkənar prezident seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edildikdən sonra 3 ay yox, 60 gün ərzində keçiriləcək. Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılıb.

Seçki Məcəlləsinə belə bir dəyişiklik müzakirəyə çıxarılan gün Milli Məclisin üzvü Zahid Oruc növbədənkənar prezident seçkisinin keçirilməsi təklif ilə çıxış edib. Musavat.com-un xəbərinə görə, deputat gələn ilin oktyabrında keçirilməsi nəzərdə tutulan prezident seçkisinin vaxtını 7 ay ön çəkməyi, 2018-ci ilin mart ayında keçirməyi təklif edir. Z.Oruc öz təklifini belə əsaslandırır: “Hazırkı reallıqda İlham Əliyev Azərbaycanın vahidliyinin, bütövlüyünün və suverenliyinin yeganə təminatçısıdır. Dövlət rəhbəri kimi o, təkcə hakimiyyət komandasını, iqtidar partiyasını deyil, bütövlükdə milləti öz güclü şəxsiyyəti ətrafında birləşdirən tək xarizmatik liderdir.

Image result for <a href=Zahid Oruc">

Gələn il keçiriləcək prezident seçkiləri bir il öncə referendumda qəbul olunmuş yeni konstitusiyanın tələblərinə görə qarşıdakı 7 ildə dövlətimizə rəhbərlik edəcək şəxsi müəyyənləşdirməlidir. 2018-ci ilin noyabrından hesablayanda yeni hüquqi-siyasi təqvimə görə prezidentin səlahiyyətləri 2025-ci ildə başa çatmalıdır. Ölkənin ikinci hakimiyyət qolu olan Milli Məclisə seçkilərin müddətini nəzərə alanda 8 il sonra ölkəmizin siyasi həyatı üçün xarakterik olmayan bir situasiya meydana çıxır. Fövqəladə hal sayılmasa da iki fərqli hakimiyyət orqanına-Ali icra hakimiyyəti və parlamentə seçkilərin 2025-ci ildə eyni ayda keçirilməsi hakimiyyətin dayanıqlığına mənfi təsir göstərir. Belə seçki kolliziyasından çıxmaq üçün seçkilərin bir neçə ay irəli çəkilərək, gələn ilin mart ayında prezidentlik uğrunda marafona start verilməsi məqsədəuyğun olardı”.

Image result for Ümid Partiyasının sədri <a href=İqbal Ağazadə">

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, növbədənkənar prezident seçkisinin hansı hallarda keçirilməsi barədə konstitusiyada konkret maddə var. Hətta indi növbədənkənar seçki keçirilsə, onda gərək konstitusiyada yeni dəyişiklik edilsin: “Çünki konstitusiyada yazılır ki, Azərbaycan Respublikasının prezidenti seçkisi hər 7 ildən bir oktyabr ayının üçüncü həftəsinin üçüncü günündə keçirilir. Necə ki, parlament seçkiləri ilə bağlı konstitusiyada aydın yazılıb seçkilər noyabr ayının birinci həftəsinin bazar günü keçirilməlidir. Növbədənkənar prezident seçkisinin keçirilməsi üçün prezidentin istefa verməsi qanunda əksini tapıb. Məgər prezident buna gedir? Növbədənkənar seçkinin keçirilməsi üçün indi hansı zərurətin hakimiyyət üçün yarandığını isə deyə bilmərəm”.

İ.Ağazadə qeyd etdi ki, növbədənkənar prezident seçkisi keçirilsə və seçki mart ayında olsa, vaxtın az olması səbəbindən seçkiyə hazır deyillər: “Şəxsən biz hazır deyilik. Bizim planlaşdırdığımız qurultayımız may ayına nəzərdə tutulub. Rayon təşkilatlarımızda konfranslar keçirilməlidir. Hələ az rayonda konfranslarımız keçirilib. Bütün bunlar uzun prosedurlardır. Biz mart ayında seçki keçirilməsinə hazır deyilik”.

Image result for <a href=ADP sədri Sərdar Cəlaloğlu">

ADP sədri Sərdar Cəlaloğlu da qeyd etdi ki, növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı konstitusiyada maddə var: “Qeyd olunur ki, prezident öz vəzifələrini hər hansı bir səbəbdən yerinə yetirə bilməzsə və prezident özü könüllü şəkildə vəzifəsindən imtina edərsə növbədənkənar prezident seçkisi keçirilə bilər. Bu gün ortada bu halların heç biri yoxdur ki, növbədənkənar seçki keçirilsin. Əgər hakimiyyət növbədənkənar seçki planlaşdırıbsa və növbədənkənar prezident seçkilərinin keçirilməsi vaxtı qısaldılırsa, bu, məncə, hakimiyyəti sıxışdıran hansısa siyasi təsirlə bağlıdır. Zahid Oruc 2025-ci ildə parlament və prezident seçkilərinin eyni ayda keçirilməməsi üçün növbədənkənar prezident seçkisinə gedilməsini vacib sayır. Birincisi, dünyanın əksər ölkələrində bir neçə seçkini eyni günə salırlar ki, dövlətin vəsaitlərinə qənaət olunsun. İkincisi, əgər bu iki seçkinin eyni ayda keçirilməməsi zərurəti yaranıbsa, onda Zahid Oruc nə üçün növbədənkənar parlament seçkiləri keçirilməsini təklif etmir? Alt qatda başqa məsələlər yoxdursa, bunu təklif etsin. Seçkilərin bir ayın içində keçirilməsi məsələsini bəhanə edirlər sanki”.

S.Cəlaloğlu onu da bildirdi ki, əslində 2016-cı ilin sentyabrında keçirilən referendumdan sonra yeni konstitusiya qüvvəyə mindikdən dərhal sonra yeni prezident seçkiləri keçirilməli idi: “Referendumdan sonra meydana çıxan konstitusion normalar bunu tələb edirdi. Lakin buna gedilmədi. O ki, qaldı bizim növbədənkənar seçkiyə hazır olub-olmamağımıza, seçkilər formal keçirilir və biz də formal olaraq hazırlaşırıq”.

Related image

VİP sədri Əli Əliyev isə növbədənkənar seçkinin keçirilməsi ehtimalının olduğunu hələ iyul-iyul aylarında “Yeni Müsavat”a açıqlamasında bildirdiyini xatırlatdı: “Parlament müzakirəsinə çıxarılmış Seçki Məcəlləsi dəyişikliyi bu ehtimalı yüksəldir. Deməli, hakimiyyət geopolitik baxımdan seçkinin önə çəkilməsində maraqlıdır. Mart ayı Rusiyada prezident seçkisi olacaq və bu ay orada kampaniyanın ən qızğın dönəmidir. Putinin seçki nəticələri bilinməmiş Azərbaycanda seçkiləri bitirmək lazımdır. Bu bizim milli maraqlara cavab verən qərar ola bilər. Hesab edirəm ki, Azərbaycanda mart ayına seçkilər təyin edilməlidir”.

Image result for AĞ Partiyanın sədri Tural Abbaslı

AĞ Partiyanın sədri Tural Abbaslı isə növbədənkənar seçkinin gözlənilən olduğunu bildirdi: “Hələ referendum keçirilib prezidentlik müddəti 5 ildən 7 ilə uzadılanda və bundan sonra 2018-ci ildə prezident seçkiləri keçiriləcəyi dəqiqləşdikdə bu bəlli idi. MSK-nın seçkiləri daha qısa zaman kəsiyində keçirməsi təklifi də əslində bu plan üçündür. İndiki məqamda hakimiyyətin müxalifətdən çəkindiyi üçün buna getdiyini iddia etmirəm. Hakim dairədəki bu ehtiyatlılıq öz daxillərinə hesablanıb. Güman ki, bu dəyişikliklər bir tərəfin digər tərəfi hazırlıqsız yaxalamasına hesablanıb. Bu dəyişikliklər ediləcəksə, bu, o deməkdir ki, seçkilər oktyabrdan öncə olacaq. Ancaq yenə də qeyd edirəm ki, bu aldadıcı manevr də ola bilər. Yəni diqqəti növbədənkənar prezident seçkilərinə çəkib, bu seçkini öz zamanında keçirə də bilərlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar