Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda kreditlər bahalaşır - Bu bahalaşmanın iqtisadi mənfəəti varmı?


Fikrət Yusifov: “Mərkəzi Bankın açıqladığı bu rəqəmlərin necə hesablandığını demək çətindir. Real olan budur ki, bu gün banklar praktik olaraq biznes layihələrinə kreditlər vermirlər”


Bank üzrə ekspert: “Mərkəzi Bank özü banklara krediti cari uçot dərəcəsi olan 15 faizlə verirsə, banklar öz növbəsində 13 faizlə necə kredit verə bilər?”.

Bu sözləri bank üzrə mütəxəssis Əkrəm Həsənov Azərbaycan Mərkəzi Bankının avqust ayı üzrə depozit və kreditlər üzrə açıqladığı orta faiz dərəcəsini PİA.AZ-a şərh edərkən açıqlamasında qeyd edib.

Xəbər verdiyimiz kimi Azərbaycan Mərkəzi Bankı (AMB) avqust ayı üzrə depozit və kreditlər üzrə orta faiz dərəcəsini açıqlayıb. Avqustda verilmiş kreditlər üzrə orta faiz dərəcəsi manatla 13%, xarici valyuta ilə 10,62% təşkil edib. İyul ayı ilə avqust ayını müqayisə edəndə məlum olur ki, manatla kreditlər üzrə orta faiz dərəcəsi 0,10%, xarici valyutada kreditlər üzrə faiz dərəcəsi 0,62% artıb. Ümumiyyətlə, manatla kreditlərdə orta faiz illik 12,28%-dən 13%-ə, xarici valyutada 10,21%-dən 10,62%-ə yüksəlib.

Bu artım bank sektorunun canlanmasına və iqtisadiyyatın kreditlə təmin olunmasına necə təsir edir? Kreditlərin ucuzlaşması bank sektorunun canlanması üçün əsas şərt görüldüyü bir şəraitdə bahalanmanın səbəblərini nədir və bu bahalaşmada iqtisadi mənfəət varmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisadçı ekspert Fikrət Yusifov və  “Antikollektor” MMC-nin direktoru, bank üzrə mütəxəssis Əkrəm Həsənovun fikirlərini öyrənib.

Image result for fikrət yusifov

Fikrət Yusifov: “Bahalı kredit siyasəti bu günkü iqtisadi islahatların azad sahibkarlıq və biznes  qarşısında yandırdığı yaşıl işığın rəngini qırmızıya çevirir”.


Bahalı kredit siyasətinin iş adamlarının və iqtisadi inkişafın qarşısında əsas əngəl olduğunu vurğulayan Fikrət Yusifovun fikrincə  Azərbaycanın iş adamları çox böyük səbirsizliklə gözləyir ki, banklar biznesə real kredit təklifi etsinlər:

“Bahalı kredit siyasəti bugünkü iqtisadi islahatların azad sahibkarlıq və biznes  qarşısında yandırdığı yaşıl işığın rəngini qırmızıya çevirir. Bu gün Azərbaycan iş adamları çox böyük səbirsizliklə bankların real olaraq onlara üz tutacağı günü gözləyir. Bu isə o halda baş verəcək ki, banklar biznesə real kredit təklifi etsinlər. Mərkəzi Bankın açıqladığı bu rəqəmlərin necə hesablandığını demək çətindir. Yəqin müxtəlif dövlət təşkilatları, (məsələn,  Sahibkarlığa Kömək Milli Fondun vasitəsilə verilən güzəştli kreditlər, tərəfindən iş adamlarına banklar vasitəsilə verilən güzəştli kreditləri də öz verdikləri kreditlər kimi nəzərə alaraq, belə rəqəmlər müəyyən edirlər. Real olan budur ki, bu gün banklar praktik olaraq biznes layihələrinə kreditlər vermirlər. Verilən kreditlər isə yalnız bahalı istehlak kreditləridir. Əldə etdiyimiz məlumatlara görə Mərkəzi Bank bu kreditlərin faiz dərəcələrinin 30%-dən yuxarı olmaması ilə bağlı özəl banklara göstəriş verib. Bu səbəbdən də banklar limiti keçmədən əhaliyə istehlak kreditlərini 29,99%-lə verirlər. 

Fikrət Yusifov: “Mərkəzi Bank bu kreditlərin faiz dərəcələrinin 30%-dən yuxarı olmaması ilə bağlı özəl banklara göstəriş verib”.


Bu gün hökumətin və biznesin banklardan gözləntisi böyükdür. Lakin təəssüflər olsun ki, banklar hələlik bu gözləntilərə üz çevirməyə hazır deyillər. Bu isə ümumi iqtisadi inkişafımız üçün çox böyük bir əngəldir. Biznes layihələrinin maliyyələşməsinin iki mənbəyi ola bilər: iş adamının şəxsi vəsaiti ya da cəlb edilmiş kreditlər. On iş adamının birində biznes layihəni maliyyələşdirmək üçün şəxsi vəsaitin olması mümkündür. Ancaq on adamdan doqquzu öz biznesini cəlb edilmiş kreditlərlə qururlar. Bu dünyanın keçdiyi yol və yaranmış təcrübədir. Yeni kəşf deyil. Ümumiyyətlə isə dünyada çox az hallarda şəxsi vəsaitlə biznes qurulur. İngilislər deyirlər ki, “o qədər ağılsız deyiləm ki, biznesi öz şəxsi vəsaitimlə maliyyələşdirim”.

Ona görə də bahalı kredit biznes üçün heç vaxt əlverişlı ola bilməz. Ölkə Prezidenti son müşavirələrin birində çox haqlı olaraq “bizim iqtisadiyyatımıza ən böyük zərbəni də banklar vururlar” demişdi. Bu səbəbdən də ölkənin bank sistemi dərin (mən deyərdim inqilabi) islahatlar yolundan keçərək tamamilə yenidən qurulmalıdır”.

Image result for əkrəm həsənov
Əkrəm Həsənov: “Yüksək faizlə kredit götürmək istəyən azdır. Götürənlərin də çoxu sonradan qaytara bilmir”.


Banklar öz yaxın adamlarına 13 faizlə kredit verdiyinə diqqət çəkən bank üzrə mütəxəssis Əkrəm Həsonov PİA.AZ-a bildirib ki, kənra şəxslərə bir qayda olaraq kredit maksimum faizlə verilir və bu məsələnin özü ciddi araşdırılmalıdır:

“Ümumən kredit üzrə faiz dərəcələrinin artması iqtisadiyyatın canlanmasını əngəlləyir. Yüksək faizlə kredit götürmək istəyən azdır. Götürənlərin də çoxu sonradan qaytara bilmir. Bu baxımdan faiz dərəcələrinin artması mənfi haldır. Konkret sadalanan dərəcələrə gəldikdə isə onlar ümumiyyətlə reallığı əks etdirmir. Bu, orta faiz dərəcələridir. 

Mərkəzi Bank özü banklara krediti cari uçot dərəcəsi olan 15 faizlə verirsə, banklar öz növbəsində 13 faizlə necə kredit verə bilər, axı? Yalnız özlərinə yaxın şirkətlərə verirlər təbii! Özü də 13 faizdən də aşağı! Bu məsələnin özü ciddi araşdırılmalıdır: Kimə verirlər belə ucuz kreditləri? Onu özləri bilirlər. Kənar şəxslərə isə 20 faizdən də yüksək dərəcə ilə verirlər. Nəticədə orta faiz dərəcəsi 13 olur. Amma kənar şəxslər həmin dərəcə ilə kredit götürə bilmir. Faizlər isə çox yüksəkdir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Ən çox oxunanalar