Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda da Adnan Oktardan zərər çəkənlər var

Türkiyədə bir neçə gün əvvəl müridləri ilə birlikdə həbs edilən şarlatan təriqət lideri Adnan Oktarın əməllərindən Azərbaycanda da zərərçəkənlər var


Zərərçəkənlər Türkiyənin Bakıdakı konsulluğuna Adnan Oktar barədə şikayət ərizələrini təqdim ediblər. Bu haqda Türkiyə KİV-ləri bildirir.

Xəbərlərə görə, Adnan Oktar və təriqəti barədə Türkiyə polisində 2 min səhifəyə yaxın cinayət dosyesi hazırlanıb. Bu təriqətin 6 ölkədə, o cümlədən Azərbaycanda təşkilatlandığı bildirilir. Adnan Oktar barədə şikayətlərə daha 45-i əlavə olunub. Bunlar Almaniya, Avstriya, Hollandiya, Azərbaycan, QətərQazaxıstandan daxil olub. Həmin ölkələrdəki Türkiyə konsulluqlarına müraciət edən zərərçəkənlər Oktar və qrupu barədə şikayət təqdim ediblər.



Türkiyə KİV-ləri artıq Azərbaycanda Adnan Oktarın təriqəti barədə araşdırma başladığını bildirir. Son məlumata görə, Türkiyədə Adnan Oktarın işi üzrə həbs edilənlərin sayı 255-i keçib. Təriqətin azyaşlı qız uşaqlarına qarşı seksual zorakılıqlar etməsi epizodu üzrə zərərçəkənlərin sayı 17-yə çatıb.

Adnan Oktarın evində aparılan axtarışda böyük sayda videodisklər və kompüter diskləri götürülüb. Həmin disklərdə şantaj məqsədi ilə istifadə olunan intim görüntülərin olduğu təxmin edilir. Disklərin hamısı xüsusi metodla şifrələnib, polis hazırda şifrələri sındırmağa çalışır.



Adnan Oktar uzun müddət Türkiyədə "kediciklər" adlandırılan yarıçılpaq qadınlardan ibarət müridlərinin əhatəsində özünü "İsa Məsih" kimi təqdim edib. İslamı "fərqli metodla" təbliğ etdiyini bildirib və uzun müddət toxunulmaz hesab edilib. Lakin son prezident seçkilərindən sonra Adnan Oktara və təriqətinə qarşı qəfil əməliyyat başladılıb.

Keçmiş daxili işlər naziri Seadettin Tantan Türkiyə mediasına müsahibəsində deyib ki, o 1999-cu ildə Adnan Oktara və təriqətinə qarşı əməliyyat keçirəndə Fəzilət partiyasından olan nazirlərin və millət vəkillərinin təzyiqlərinə məruz qalıb. Tutulanların hamısı daha sonra azadlığa buraxılıb, Seaddettin Tantanın barəsində məhkəmə iddiaları qaldırlıb. Keçmiş nazir bu təriqətin hakimiyyət strukturlarında adamlarının olduğunu bildirir.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi -Video

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar