Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan cüdosu dünya reytinqində ilk onluqda


Beynəlxalq Cüdo Federasiyası (IJF) milli komandalar üçün maraqlı medal statistikası dərc edib


Oxu.Az xəbər verir ki, Azərbaycan milli komandası bu statistikada 48 medal (13 qızıl, 9 gümüş və 26 bürünc) qazanaraq səkkizinci yerdə qərarlaşıb. 

Milli komandamız üçün ilin birinci yarısı daha məhsuldar olub. Vüqar Şirinlinin (60 kq) qitə yarışlarında – Afrika Açıq Kuboku, Buenos-Ayres və Limada keçirilən Cənubi Amerika Kubokuda 3 qızıl medal qazanması bu göstəriciyə öz təsirini göstərib. Əgər daha böyük uğurlardan bəhs etsək, o zaman Rüstəm Orucovun (73 kq) çıxışını qeyd etmək lazımdır. IJF-in reytinq cədvəlində milli komandamızın üzvü ilk yerdə qərarlaşıb. 

Gümüş medal qazandığı Rio Olimpiadasına qədər o, Kazanda keçirilən Avropa çempionatında və Havana “Qran-Pri”sində qızıl medal sevincini yaşayıb. Düsseldorf “Qran-Pri”sində ikinci, Qvadalaxaradakı “World Masters” və Bakı “Böyük Dəbilqə”sində isə üçüncü olub. Bu uğuru təkrarlayan daha bir cüdoçumuz isə mayda “World Masters”ın qalibi olan olimpiya finalçısı Elmar Qasımovdur (100 kq). Orxan Səfərovun (60 kq) qazandığı nəticələr də milli komandamızın reytinqinə öz töhvəsini verib.

Dünya reytinqinə isə 48 qızıl, 20 gümüş və 30 bürünc medalla Yaponiya başçılıq edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı”

Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - Video

Ən çox oxunanalar