Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Xarkovda konsulluq açdı



Oktyabrın 16-da Xarkovda, Petrovski 7 ünvanında Ukraynanın bu böyük regionunun vilayət mərkəzində Azərbaycan Respublikasının fəxri konsulluğunun açılışı mərasimi olub


Diplomatik müəssisənin açılışı mərasimində Azərbaycan tərəfinin, Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndələri, diplomatik korpusun üzvləri, konsul dairəsinin əhatə etdiyi şəhər və vilayətlərin rəhbərləri iştirak ediblər. Qeyd edək ki, konsulluq dairəsinə Xarkov vilayətindən başqa, Dnepropetrovsk, Zaporojye, Poltava, Sumı və Çerniqov vilayətləri də daxildir.

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli tədbirdəki çıxışında xüsusi vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna ilə qarşılıqlı münasibətlərin genişlənməsinə və dərinləşməsinə böyük əhəmiyyət verir.

Diplomat deyib: “Əminəm ki, Xarkovda fəxri konsulluğun olması istər rəsmi səviyyədə, istərsə də biznes sahəsində əlaqələrimizi xeyli canlandıracaq. Düşünürəm ki, bu, ticarət, iqtisadiyyat, elm, mədəniyyət və təhsil sahəsində münasibətlər baxımından xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq üçün atılan mühüm addım olacaq”.
Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov bildirib ki, o, öz vəzifəsini Azərbaycan diasporuna dəstək olmaqda və iki dost xalq arasında çoxtərəfli münasibətlər yaratmaqda görür.

Fəxri konsul deyib: “Biz qarşılıqlı investisiyaların həcminin artırılmasına, ticarətin gücləndirilməsinə, Azərbaycanın və Ukraynanın inkişafı üçün əlverişli işgüzar şərait yaradılmasına çox maraq göstəririk. Biz turizm, təhsil, idman sahəsində də əməkdaşlığı inkişaf etdirəcəyik”.
Tədbirdə bizim tərəfdən xüsusi tapşırıqlar üzrə səfir Gündüz Cəfərov, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, Azərbaycan Daxili İşlər Nazirliyinin Kiyevdəki nümayəndəsi, polis polkovniki Şahin Qocayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyi rəhbərinin müavini Həzi Aslanov, Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanov, Azərbaycan diasporunun fəalları və üzvləri iştirak ediblər.

Xatırladırıq ki, Əfqan Fəqan oğlu Salmanov 1967-ci il aprelin 20-də Zərdab şəhərində anadan olub. Xarkovda iki ali məktəb bitirib, iqtisadçı və mühəndis-iqtisadçı ixtisaslarına yiyələnib. 2003-cü ildən Sumı Vilayət Sovetinin deputatıdır, hazırda aqrar-sənaye kompleksi məsələləri üzrə daimi deputat komissiyasının üzvüdür. 2008-ci ildən “UK.AZ.Dostluq” MMC-nin həmtəsisçisidir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ən çox oxunanalar