Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aslan Aslanov “Yeni Müsavat”ı hədələdi



“Lamiyə işi”ndə əsas fiqurant olan Şəmkir İcra Hakimiyyətinin sabiq başçısı, sonradan kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanov qəzetimizin son sayındakı “Aslan Aslanovun “qorxulu yuxusu” ölkəyə qayıdır” sərlövhəli məqaləyə münasibət bildirib


O, “Yeni Müsavat”ı məhkəmə ilə hədələyib.

Yada salaq ki, son yazıda A.Aslanovun təzyiqləri nəticəsində ölkədən qaçmış Nizami (Gəncə) rayonunun sabiq hərbi komissarı, hazırda axtarışda olan və bu səbəbdən xaricdə gizlənən Bəhmən Nəsibovun ölkəyə qayıtmağa hazırlaşdığı qeyd edilir. Yazıda onun 2011-ci ildə redaksiyamıza yolladığı  və qəzetin həmin ilin sentyabr, oktyabr aylarındakı saylarında dərc edilən  məktublardan sitatlar vermişdik. Oxucuların nəzərinə çatdırmışdıq ki, B.Nəsibovun məktubları qəzetimizdə dərc ediləndən sonra o dövrdə vəzifə daşıyıcısı olan Səfər Əbiyev və Aslan Aslanovu rahatsız etmişdi. 

Çıxış yolu kimi isə B.Nəsibovun Azərbaycandakı qohumlarına təzyiq etməklə onu məktublardan imtinaya məcbur etmişdilər. Bu haqda “Yeni Müsavat”ın 20 sentyabr 2011-ci il tarixli sayında “Qaçaq komissarın gözlənilən video təkzibi yayıldı”, sərlövhəli yazı dərc etmişdik.  Yazıda Bəhmən Nəsibovun ölümdən də betər şeylərlə təhdid olunaraq 6-7 dəqiqəlik videoya çəkildiyi qeyd olunurdu.

B.Nəsibov bu gün də xaricdədir və ölkəyə qayıda bilmir. Onun qohumları isə Azərbaycanda yaşayırlar. Ortada B.Nəsibovun qohumlarının təhdid edilməsi iddiası da var. 

Maraqlıdır ki, A.Aslanovun son açıqlamasına B. Nəsibovun 2011-ci ildə təhdid altında yaydığı video - müraciəti yeni video kimi təqdim edilir və youtube.com-a 26 fevral 2015-ci ildə yenidən yerləşdirilib. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb

Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - Video

Ən çox oxunanalar