Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aeroportlarda göstərilən xidmətlərin qiymətləri dəyişə bilər


Aeroportlarda aparılan bəzi əməliyyatlar AZAL-ın aktivlərindən istifadə olunmaqla həyata keçirilir, bu isə qarşılıqlı hesablaşmalarda nəzərə alınmır


Hesablama Palatası "Bakı Metropoliteni" QSC və "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) verilən subsidiyaların Vahid Büdcə Təsnifatından çıxarılmasını təklif edir.
 
 
"APA-Economics" xəbər verir ki, qurumun təklifinə əsasən, birdəfəlik təyinatlı xərclər daha konkret xərc istiqamətləri ilə əvəzlənməli və mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətindən çıxarılmalıdır.
 
"Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə aeroport xidmətləri, aeroportun uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri, aviasiya təhlükəsizliyinin təmin edilməsi xidmətləri, eləcə də uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava gəmilərinə göstərilən texniki xidmətlər "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı"na aid edilib. Eyni zamanda, Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Təbii inhisar subyektlərinin siyahısı"na aid edilən ümumilikdə 141 müəssisə və təşkilatın sırasına aeroport xidmətləri, eləcə də hava gəmilərinə aviasiya xidmətləri  və aeroport xidmətləri göstərən qurumlar da daxil edilib. Hesablama Palatası tərəfindən kənar dövlət maliyyə nəzarəti çərçivəsində AZAL-da aparılmış audit zamanı hava gəmilərinə aviasiya xidmətləri və aeroport xidmətləri göstərən müəssisələrin aeroport ərazisində təqdim etdikləri müxtəlif məzmunlu xidmətlərin (işlərin) qiymətinin illə (aylar) üzrə artması, nəticə etibarilə həmin istiqamətlər üzrə xərclərin ümumi gəlirdən çıxılan xərclərin əhəmiyyətli hissəsinin təşkil etməsi, həmin təsərrüfat əməliyyatlarının AZAL-ın balansında olan aktivlərdən (torpaq sahələrindən, binalardan, tikintilərdən və qurğulardan) istifadə olunmaqla həyata keçirilməsinin qarşılıqlı hesablaşmalarda nəzərə alınmaması müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq, dövlət vəsaitlərinin daha səmərəli istifadəsinin təmin olunması məqsədilə aeroport ərazisində göstərilən xidmətlərin (işlərin) differensiallaşdırılaraq qiymətlərinin qanunvericiliyin tələblərinə uyğun yuxarı hədlərinin müəyyənləşdirilməsi məqsədəmüvafiq hesab edilir", - deyə palatanın təklifində qeyd edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar