Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ANS-in qeyri-adi müraciəti ilə bağlı açıqlama


Yayımı dayandırılımış ANS telekanalının kollektivi 14 il öncə dünyasını dəyişən eks-prezident Heydər Əliyevə müraciət ünvanlayıb


ANS kollektivinin bir qisminin də çalışdığı istipress.com saytında dərc olunan müraciətdə onların səslərinə səs verilmədiyi və problemlər içərisində olduqları qeyd olunub.

PİA.AZ ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov “Yeni Müsavat”a bildirib ki, müraciəti heç də hansısa şəxsin fikri saymaq doğru deyil: “Bu müraciət tamamilə kollektivin fikridir. Orada yazılanlar nə mənim, nə Mir Şahinin, nə Vaqifin, nə də Seyfullanın sözləridir. Bütün vəziyyətimiz orada öz əksini tapıb. Bunun başqa cür izahı yoxdur. Biz çox pis vəziyyətdəyik və heç kim səsimizi eşitmir. ANS fəaliyyətdə olduğu zaman kollektiv işləyirdi, maaş alırdı və öz işlərini sevirdilər. Biz vaxtilə güllə altında işləmişik. Yaxşı, belə olan halda bizdən nə terrorist çıxar ki? Kim işləmirsə, yalnız onların fəaliyyətində nöqsan olmur. Biz işlədiyimiz üçün nöqsanlarımız da olub. Nöqsan olanda cərimə etmək, cəza vermək olar. Ancaq bağlamaq doğru deyil. Vəziyyətimiz çox pisdir”.

Müraciətin hökumət tərəfindən necə qarşılanacağı barəsində isə Mais Məmmədovun fikirləri aşağıdakı kimidir: “Biz hökuməti söyməmişik, danlamamışıq, sadəcə olaraq, istəyirik ki, hökumət bizi eşitsin. Azərbaycan vətəndaşlarıyıq və buna da haqqımız var. Biz öz ölkəmizi çox sevirik və heç zaman aramızdan casus, terrorist çıxmayıb, çıxa da bilməz. 79 yaşım var, özüm də şəkər xəstəsiyəm. Ayaqda güclə durduğum halda, işdən çıxmamışam. Yeganə jurnalistəm ki, mənə deyirdi-filan yerə getmə, ancaq gedirdim. İrandan reportaj verdiyim zaman uşaqlarımın həyatı təhlükə altına düşmüşdü. Yəni bizim hər birimizin iş xatirəsi, tarixi var. Hər nə isə...”

Onu da qeyd edək ki, ANS Şirkətlər Qrupunun vitse-prezidenti, Mir Şahin Ağayev sosial şəbəkədə yazdığı statusda bildirib ki, ANS-i hakimiyyət yox, kütləvi laqeydlik bağlayıb: “Mənim davam hakimiyyətlə deyil, bu laqeydliklədir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Ən çox oxunanalar