Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Ukrayna və Gürcüstana 726 milyon dollar ayırdı


ABŞ Konqresinin Nümayəndələr Palatası 2018-ci il üçün büdcə ayırmalarına dair qanun layihəsini qəbul edib


APA-nın xəbərinə görə, respublikaçılar və demokratlar mövcud maliyyə ili üçün 1,3 trilyon dollar həcmində büdcə barədə razılığa gəliblər.

Ukraynaya ayrılan maliyyə yardımının ümumi miqdarı 620,7 milyon dollar təşkil edəcək. Bu barədə Ukraynanın ABŞ-dakı səfirliyindən açıqlama verilib. Kiyev 200 milyon dollar həcmində hərbi-texniki kömək alacaq. Bu, 2017-ci maliyyə ili ilə müqayisədə 50 milyon dollar çoxdur. Vəsait Ukrayna hərbi qulluqçularının hazırlığı, hərbi texnika və silah-sursat alınması, logistik təminat və digər məqsədlərə sərf olunacaq.

Daha 420,7 milyon dollar Ukraynaya ABŞ Dövlət Departamenti və onun nəzdindəki agentliklər vasitəsilə veriləcək. Bu, 2017-ci ildə ayrılan məbləğdən 10 milyon dollar çoxdur.

Gürcüstana isə 105,3 milyon dollar ayrılıb. Qeyd olunur ki, bu vəsaitlər Gürcüstan əraziləri – Abxaziya və Cənubi Osetiyadakı Rusiya işğalına dəstək məqsədilə istifadə oluna bilməz.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ən çox oxunanalar