Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

26 il Kərəm yolu getdik, qoy indi də 26-ca gün Koroğlu yolu gedək

Adam öz sevincini bildirəcək sözləri tapa bilməzmiş! Sevinc sözlərə çevrilə bilməyəndə, qışqırığa, əl-qol hərəkətlərinə, göz yaşlarına çevrilərmiş.

Passivizim – hücumçu, işğalçı, ekspansion siyasət anlayışına qarşı çevrilmiş nəzəriyyədir. Misal üçün, passivistləri olmalıdır Rusiyanın, ABŞ-ın, elə Ermənistanın özünün. Yeri gəlmişkən, bizim passivistlər öz fikirlərini erməni xalqına indiyədək nə üçün təbliğ etməyiblər və yaxud indi etmirlər? İkincisi, Azərbaycan düz 26 ildir passivist siyasət yürüdüb, indi qoy, 26 gün də hərbi siyasət yürütsün. Üçüncüsü, o şəxslər ki, passivizmdən danışırlar, bir anlığa özlərinə sual verə bilərlər ki, bəyəm, onlar özləri fərd olaraq və yaxud doğmaları hansısa hücuma, soyğuna, zorlamaya məruz qalsalar, yenə də passiv qalarlarmı. Buna qəti inanmıram. Üstəlik, passivist olmamaq qətiyyən antihumanist, vəhşi, barbar olmaq demək deyildir.

Passivizm – yarımdini dünyagörüşüdür, tarixin böyük müqəddəslərinə xas toxluq, şükür, təslim (vu-vey) anlayışıdır. Fəlsəfi mənada azərbaycanlı dünyagörüşündə “füzuliçi” (passivist) vektorla yanaşı, bu vektoru balanslaşdıran “nəsimiçi” (aktivist) vektor da mövcuddur. Məsələn, bizim Əsli Kərəm dastanımız da var, Koroğlu dastanımız da. 26 il Kərəm yolu getdik, qoy indi də 26-ca gün Koroğlu yolu gedək. 

Mən şəxsən bu mövqedəyəm ki, müharibə Ermənistanla sərhəd dirəklərinə çatmayanadək əsla dayandırılmamalıdır!

Son 30 ildə biz təkcə Qarabağı itirmiş deyildik, eyni zamanda, psixi sağlamlığımızı, düzgün mühakimə yürütmək qabiliyyətimizi, qürurumuzu, milli vəhdətimizi itirmişdik. Böyük tariximizə özgələşmişdik. Ümummilli bədbinlik və bu bədbinlikdən doğulan öz-özümüzə aqressiya və məsxərəçilik bizi hədsiz yorurdu. Gözgörəsi həyasızlığa – “Münaqişənin danışıqlar yoluyla həllindən başqa həlli yoxdur” alçaqlığına – qarşı heç nə edə bilməməkdən doğulan ümummilli qəzəb hissi bizim hər birimizin fərdi müstəvidə düzgün qərarlar çıxarmasına, böyük əsərlərə imza atmasına, nikbinliyinə mane olurdu. İndi bütün bu lənətli proses əksinə çevrilib!

Bayrağımızı tezliklə Xankəndində, Şuşada və başqa şəhərlərimizdə görmək arzusuyla.

Ağalar Qut (dominant.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

26 il Kərəm yolu getdik, qoy indi də 26-ca gün Koroğlu yolu gedək

Ən çox oxunanalar