Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

21-ci əsr müharibələrində muzdlu əsgərlərdən istifadə halları niyə artıb?..

Orta əsrlərdə daha çöx yayğın olan, xüsusi amansızlıqları ilə fərqlənən, quldur psixologiyasına sahib muzdlu əsgərlərin texnologiya əsrində beynəlxalq miqyasda önə çıxmasının səbəbi nədir?..

Hərbi ekspert: “Özəl hərbi kompaniyalar iqtisadi cəhətdən də sərfəlidir. Çünki dövlətin burada məsuliyyəti minimuma enir”.

“21-ci əsr müharibələrində muzdlu əsgər deyilənlərə indi artıq özəl hərbi kompaniyalar deyilir. Bu özəl kompaniyalar keçən əsrin 60-cı illərindən yaradılıb. Hazırkı dövrdə də çox ciddi halda tətbiq olunur”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev 21-ci əsərdə müharibələrdə muzdlu əsgərlərdən istifadənin artmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

21-ci əsr müharibələrində muzdlu əsgərlərdən istifadə halları getdikcə artmaqdadır. Dünya hərb maşının öndə gələn aktyorlarından ABŞRusiya özəl şirkətlərə bağlı olan muzdlu əsgərlərdən münaqişə zonalarında daha geniş şəkildə istifadə etməkdədirlər. Muzdlu əsgər anlayışı artıq hibrid müharibələrin əsas ünsürünə çevrilib.

Bəs 21-ci əsrdə ordu və müharibə sahəsində, o cümlədən siyasətdə nələr baş verir? Orta əsrlərdə daha çöx yayğın olan, xüsusi amansızlıqları ilə fərqlənən, quldur psixologiyasına sahib olan muzdlu əsgərlərin texnologiya əsrində beynəlxalq miqyasda önə çıxmasının səbəblərini nəylə əlaqələndirmək olar? Ümumiyyətlə bu humanist görünmək istəyən siyasətin keyfiyyətinin dəyişməsi ilə bağlı məsələdir, yoxsa muzdlu əsgərlərlə müharibə etmək iqtisadi cəhətdən daha sərfəlidir?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyevə müraciət edib.

Ədalət Verdiyev: “Hazırda ən böyük hərbi kampaniyalar ABŞ-da, Fransada, İsraildə, Almaniyada, Polşada, Cənubi Afrika Respublikasında, Çində fəaliyyət göstərməkdədir. Amma Rusiyada, Azərbayacanda özəl hərbi kampaniyalar qadağandır”.

Özəl hərbi kampaniyanın Azərbayacanda da tətbiqinin mümkün olduğunu düşünən hərbi ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, bunun üçün ilk öncə hüquqi normativ baza yaradılmalıdır. Hal-hazırda bu baza yoxdur:

“Öncə onu qeyd edim ki, 21-ci əsr müharibələrində muzdlu əsgər deyilənlərə, indi artıq özəl hərbi kompaniyalar deyilir. Bu özəl kompaniyalar keçən əsrin 60-cı illərindən yaradılıb. Hazırkı dövrdə də çox ciddi halda tətbiq olunur. Əfqanıstan, İraq, Suriya, Liviya müharibələri və bir çox şirkətlər artıq öz xidmətlərin bəlli bir ödəniş əsasında dövlətlərə təqdim edirlər.

Əslinə qalsa, biz özəl hərbi kompaniyalara bir az məhdud baxışdan yanaşırıq. ABŞ-ın Dayn-Korp korporasiyası var və orada on minlərə insan çalışır. Hətta bəzi şirkətlər ABŞ-ın raket sınaqlarını həyata keçirir və hərbi tərcüməçiləri təqdim edirlər. Məlumdur ki, tərcüməşi tapmaq asandır, amma sırf hərbi texnologiyaya sahiblənmiş tərcüməçilərlər hazırlanması üçün xüsusi kurslar lazımdır. Dəniz infrastrukturunun qorunması, vip personaların qorunması, ölkələrin, digər səfirliklərin qeyri-stabil, xüsusilə də siyasi, iqtisadi zonalarda yerləşən qurumların qorunmasını məhz həmin özəl hərbi kompaniyalar həyata keçirir. Məsələn ABŞ hərbi kompaniyalarının yalnız birində 350 nəfər general çalışır. 350 generalın bir yerdə işləməsi artıq bir beyin mərkəzidir.

Həmçinin özəl hərbi kompaniyalar iqtisadi cəhətdən də sərfəlidir. Çünki dövlətin burada məsuliyyəti minimuma enir. Yəni mən bir murzdlu kimi maaşımı alıram və dövlətin hansı istiqamətdə ehtiyacı varsa, o istiqamətdə dövlətə müəytən xidmətlər göstərməyə razılıq vermiş oluram. Həmin muzdlu şəxsin ölməsi cəmiyyət atasında ciddi ajantaja səbəb olmur. Lakin bunu İsrailə tərbiq etmək olmaz. İsrail bu məsələdə bir az fərqlidir. Çünki orada əsgərliyi başa vuran insanları məhz bu özəl hərbi kompaniyalara cəlb edirlər. Orada özəl hərbi kampaniya əsgərinin öldürülməsi cəmiyyətdə təpki ilə qarşılanır. Digər ölkələrdə bu bir az daha yumşaqdır.

Ədalət Verdiyev: “ABŞ hərbi kompaniyalarının yalnız birində 350 nəfər general çalışır. 350 generalın bir yerdə işləməsi artıq bir beyin mərkəzidir”.

Keçən il 300-dən çox vaqner özəl hərbi kompaniya əsgərinin Suriyada ABŞ təyyarələri, artireyası tərəfindən dəqiqələr ərzində məhz edilməsi Rusiya cəmiyyərində bəlli narazılığa səbəb olsa da, ictimai rezonana doğurmadı.

Həmçinin bəzi məsələlərdə özəl hərbi şirkətlərdən istifadə iqtisadi baxımdan daha sərfəli olur. Çünki texnika, qulluq, silahların təhcizatı kampaniyaların öz məsuliyyətində qalır. İnsan itkisinə görə də dövlət məsuliyyət daşımadığına görə bu siyasi baxımdan daha sərfəli olur.

Bunların Azərbayacanda da tətbiqi mümkündür. Amma bunun üçün ilk öncə hüquqi normativ baza yaradılmalıdır. Hal-hazırda bu baza yoxdur. Buna görə də Azərbayacan qanunvericiliyi bunu qadağan edir. Düşünək ki, Azərbaycanda ehtiyyatda olan 10 zabit və yaxud da 5 general bir təşilatın ekspertlər qrupu tərkibində yığılıb. Azərbayacnın almaq istədiyi və yaxud istehsalına hazırlaşdığı bir silahı ekspertizadan keçirdir, ekspert rəyi verir. Bu rəyin keyfiyyətinin hansı səviyyədə olacağını düşünmək lazımdır. Dövlətin icazər verə biləcəyi səviyyədə onlardan istifadə mümkündür. Hətta bunun sərfəli olacağın da deyə bilərəm.

Hazırda ən böyük hərbi kampaniyalar ABŞ-da, Fransada, İsraildə, Almaniyada, Polşada, Cənubi Afrika Respublikasında, Çində fəaliyyət göstərməkdədir. Amma Rusiyada, Azərbayacanda özəl hərbi kampaniyalar qadağandır. Rusiyada özəl hərbi kompaniyanın qadağan olmasına baxmayaraq Putinin “aşpazı” kimi tanınan, Sankt-Peterburqdan olan iş adamı Yevgeni Priqojin qeyri-rəsmi olaraq rus hərbi kompaniyasının başında durur. Bu şəxs daima Putinin ətrafındadır. Rəsmi görüşlərdə, müdafiə nazirlərinin görüşlərində Priqojin hərbi kompaniyanın rəhbəri olaraq iştirak edir.

Priqojinin rəhbərlik etdiyi hərbi kompaniya “Vaqner Qrupu” adlanır. “Vaqner Qrupu” Donbasda, Suriyada, Liviyada və Mərkəzi Afrika Respublukasında fəaliyyət göstərir və əsasən Putinin geosiyasi maraqlarına xidmət edir. “Vaqner Qrupu” həmçinin Putinin gizli ordusu olaraq da bilinir.

Qeyd edim ki, Fransada da özəl hərbi kampaniyalar qadağa olunub. Lakin Fransa son illərdə dənizdə baş verən quldurluq hadisələrini nəzərə alaraq özəl kompaniyaların dəniz sferasında tətbiqinə məhdud qaydada icazə verib”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ən çox oxunanalar