Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2022-ci ildə Azərbaycan Bolonya prosesi üzrə İşçi Qrupuna həmsədrlik edəcək

Finlandiyanın paytaxtı Helsinki şəhərində Bolonya prosesi üzrə İşçi Qrupunun (Bologna Follow-Up Group - BFUG) növbəti iclası keçirilib...

Təhsil Nazirliyindən verilən məlumata görə, 48 Avropa ölkəsinin və 10-dan artıq beynəlxalq təşkilatın nümayəndələrinin qatıldığı tədbirdə ölkəmizi Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov və Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov təmsil ediblər.

Finlandiyanın Təhsil və Mədəniyyət Nazirliyinin evsahibliyi etdiyi tədbirdə Bolonya prosesinin icrası üzrə Koordinasiya Qrupunun, eləcə də Kvalifikasiya çərçivəsi, Diplomların tanınması və Keyfiyyətin təminatı üzrə müvafiq İşçi Qruplarının hesabatları dinlənilib. Sosial məsələlər üzrə, Təlim və Tədris üzrə Məsləhət Qrupları tərəfindən təqdim edilən növbəti hesabatlarda Avropa Ali Təhsil Məkanında (EHEA) ali təhsilin müvafiq istiqamətlərdə inkişaf trendləri diqqətə çatdırılıb. Qlobal Siyasət Dialoqu üzrə Koordinasiya Qrupu tərəfindən EHEA ilə dünyanın digər regionları arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat təqdim edilib.

İclasda EHEA ilə Avropa Tədqiqat Məkanı (ERA) arasında daha səmərəli işbirliyinin qurulması, EHEA-nın gələcəyi, San Marino dövlətinin EHEA-ya qoşulmaqla bağlı müraciəti, 2020-ci ildə Romada keçiriləcək Nazirlər Konfransına hazırlıq və digər məsələlər ətrafında müzakirələr aparılıb. İclasda təşkilati məsələlərə də baxılıb və 2022-ci ilin 1 iyul - 31 dekabr tarixlərində Azərbaycan Respublikasının Çex Respublikası ilə birlikdə BFUG-yə həmsədrlik etməsinə dair qərar qəbul edilib.

Azərbaycan nümayəndə heyəti tədbir çərçivəsində aparılan müzakirələrdə fəal iştirak edib.

pia.az


Etiket: balonya sistemi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Ən çox oxunanalar