Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2020-ci ilin dövlət büdcəsi: Qeyri-neft sektorundan 47 faiz gəlir əldə ediləcək?

Gələn il qeyri-neft sektorundan 47 faiz gəlirlərin əldə ediləcəyi nə qədər real görünür və indiki real qeyri-neft sektoru büdcənin təxminən yarısını dolduracaq qədər inkişaf edib?..

İqtisadçı-ekspert: “Hal-hazırda ölkəmizin qeyri-neft sektoru acınacaqlı vəziyyətdədir”.

“İstehsal müəssisələrimizin əksəriyyətində istehsal olunan əmtəələrin ilkin xammalından tutmuş son qablaşma vasitələrinə və hətta etiketlərinədək hər bir şey xaricdən gətirilir”.

Bu sözləri iqtisadçı-ekspert Vüsalə Əhmədova 2020-ci ildə Azərbaycanın büdcə layihəsində qeyri-neft sektorundan 47 faiz gəlirlərin əldə edilməsi proqnozunu PİA.az-a şərh edərkən qeyd edib.

Məlum olduğu kimi Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsi layihəsini hökumətə təqdim edib. Büdcənin bir çox detalları məlumdur və bu baxımdan 2020-ci ilin dövlət büdcəsini güclü maliyyə təminatı, xüsusilə də etibarlı sosialyönümlü mənbə sənədi hesab etmək olar.

2020-ci ilin büdcəsi cari ilin büdcəsindən təkcə gəlir və xərclərinin daha böyük olması ilə fərqlənmir, həm də növbəti ilin büdcəsində keyfiyyət dəyişikliklərini ehtiva edən mühüm məqamları görmək olar. İlk növbədə, qeyd etmək lazımdır ki, gələn ilin dövlət büdcəsi yeni yanaşmalara və yeni büdcə qaydasına uyğun olaraq tərtib edilib. Bu qaydalar ilk növbədə, neft qiymətlərindəki dəyişkənliyin büdcə gəlirlərinə təsirini minimuma endirməyi hədəfləyir. Sənədə əsasən gələn il ölkənin gəlirlərinin 53 faizi neft sektorun payına düşür.

Bəs gələn il qeyri-neft sektorundan 47 faiz gəlirlərin əldə ediləcəyi nə qədər real görünür və indiki real qeyri-neft sektoru büdcənin təxminən yarısını dolduracaq qədər inkişaf edib?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Yüksək əlavə dəyər yaratmaq üçün yeniliklərin xarici ölkələrdən transferi əvəzinə, milli imkanlar hesabına yaradılması vacibdir”.

Hazırkı real sektorun büdcənin yarısını dolduracaq qədər inkişaf etmədiyinin göz önündə olduğunu bildirən iqtisadçı-ekspert PİA.az- açıqlamasında əlaə edib ki, bunun üçün ilk öncə ölkədə əlavə dəyəri yüksək məhsul istehsalını təmin etmək lazımdır. İqtisadiyyatda yüksək əlavə dəyər yaratmaq – sektorda əlavə marjı (Additive Margin) daha yüksək olan mal və xidmət istehsal etmək deməkdir:

“Hal-hazırda ölkəmizin qeyri-neft sektoru acınacaqlı vəziyyətdədir. Ən kiçik tələbat mallarından tutmuş avtomobillərədək xaricdən idxal olunur. Hətta ölkənin kənd təsərrüfatı sektoru belə yerli tələbatı tam ödəyəcək səviyyədə deyil. Gəlin ölkəmizin qeyri-neft sektorunda fəaliyyət göstərən istehsal müəssisələrinə nəzər yetirək. Bu müəssisələrin əksəriyyətində istehsal olunan əmtəələrin ilkin xammalından tutmuş son qablaşma vasitələrinə və hətta etiketlərinədək hər bir şey xaricdən gətirilir.

Təbii meyvə şirələri adı altında satışa verilən məhsulların 90%-i konsentratlardan hazırlanır ki, dolayısıyla bu konsentratlar da xaricdən idxal olunur. Qənnadı fabrikinin istehsal etdiyi məhsulların keyfiyyəti yaxın qonşu ölkələrdən gətirilənlərdən belə qat-qat aşağıdır. Bir-iki tikiş evi mövcuddur ki, orada da istifadə olunan parçalar, saplar və s. ləvazimatlar yenə də xaricdən idxal olunur. Tütün, konserv və inşaat materialları müəssisələrində də analoji vəziyyətdir. Avtomobil zavodu isə tam bir montaj sənayesi idi demək olar.

2019-cu ilin yanvar-avqust aylarında ölkədə 50875,7 milyon manatlıq ÜDM istehsal edildiyi deyilir. ÜDM istehsalının 43,6%-i sənayenin, 10,3%-i ticarətin, 6,4%-i nəqliyyatın, 6,0%-i tikintinin, 5,9%-i kənd və meşə təsərrüfatının, 2,5%-i turistlərin, 1,8%-i informasiya və rabitə sahələrinin, 8,9%-i idxal vergilərinin payına düşdüyü qeyd edilir. Hazırkı real sektorun büdcənin yarısını dolduracaq qədər inkişaf etmədiyi göz önündədir. Bunun üçün ilk öncə ölkədə əlavə dəyəri yüksək məhsul istehsalını təmin etmək lazımdır. İqtisadiyyatda yüksək əlavə dəyər yaratmaq – sektorda əlavə marjı (Additive Margin) daha yüksək olan mal və xidmət istehsal etmək deməkdir.

Vüsalə Əhmədova: “Ölkəmizdə mövcud olan istehsal müəssisələrinin milli əlavə dəyər yaratma nisbətinin olduqca aşağı olduğunu görürük”.

Əlavə dəyər ilə Ümumi Milli Məhsul arasında birbaşa əlaqə mövcuddur, çünki, yüksək əlavə dəyər yüksək ÜMM-dur. Dolayısıyla, bir məhsulun istehsalında əmtəəyə dəyər qazandıran fəaliyyətlər nə qədər çox olarsa, məhsul müştəriyə bir o qədər çox fayda gətirmiş olur və dolayısıyla ÜMM da artır. Yüksək əlavə dəyərli əmtəələrin istehsalı xarici ticarət kəsirinin aradan qaldırılmasında ən önəmli faktor sayılır. Məhsulun istehsalında nə qədər az idxal olunmuş vasitələrdən istifadə olunarsa, həmin məhsulun ixracı milli gəliri bir o qədər çox artırmış olur. Sadə dillə desək, bir əmtəənin istehsalı zamanı xammal tədarükündən başlayaraq, istehsalın son mərhələsinədək bütün prosesdə istifadə olunan resurs və vasitələrin yerli olması vacibdir. Əksinə, ölkəmizdə mövcud olan istehsal müəssisələrinin milli əlavə dəyər yaratma nisbətinin olduqca aşağı olduğunu görürük.

Əlavə dəyəri yüksəltmədə ilk addım məhsulun istehsal maliyyətlərinin aşağı salınmasıdır, yəni qoyulan sərmayə ilə məhsulun qiyməti arasında müsbət fərq yaranmalıdır. Əlavə dəyər yaratmanın digər yolları isə əmtəə istehsalında yeni dizayn, tədqiqat və inkişaf (research and development), brendləşmə, informasiya texnologiyalarının istifadəsi, ixtisaslaşmadır. Kifayət qədər risk kapitalına malik olmayan müəssisələr daha çox innovasiyaların transferinə (ticari razılaşmalar və know-how transferi) müraciət edirlər. Aşağı sərmayə kiçik və orta sahibkarların innovasiya fəaliyyəti həyata keçirmələrinə əngəl olur.

Yüksək əlavə dəyər yaratmaq üçün isə yeniliklərin xarici ölkələrdən transferi əvəzinə, milli imkanlar hesabına yaradılması vacibdir. Bu səbəbdən də iqtisadiyyatın onurğa sütunu sayılan kiçik və orta sahibkarlara imkanlar açılmalıdır. Bu gün bilirsiz ki, kommersiya banklarının təklif etdikləri kreditlərin əksəriyyəti istehlak kreditləridir. Ümumi kreditlərin 40%-ni məhz istehlak kreditləri təşkil edir, 10%-i mikrokreditlər, 4-5% isə aqrar kreditlərdir. Real sektora yönəldilən kreditlər çox cüzidir. Bu isə ölkədə istehsalın hansı səviyyədə olduğunun bariz göstəricisidir. Kommeriya bankları real sektorun maliyyələşdirilməsində maraqlı olmalıdır ki, istehsal da müəyyən qədər inkişaf etsin”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar