Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2018-ci ildə Azərbaycanda hansı tədbirlər keçiriləcək?

Ötən il olduğu kimi, 2018-ci ildə də Azərbaycanda bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur


2018-ci ildə ölkəmizdə baş tutacaq ən mühüm hadisə prezident seçkiləridir. Prezident seçkiləri oktyabrın 17-də keçiriləcək.

28 mayda isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq. Əvvəlki illərdə olduğu kimi, bu il də Azərbaycan idman ölkəsi statusunu qoruyub saxlamaq niyyətindədir. Yeni ildə ölkəmiz bir sıra mühüm beynəlxalq idman yarışlarına ev sahibliyi edəcək. Belə ki, 5-9 iyun tarixlərində Azərbaycanda Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının "BMX Racing" növü üzrə dünya çempionatı keçiriləcək.

Bundan əlavə, Bakı şəhəri 15-18 mart 2018-ci il tarixlərində idman gimnastikası üzrə Dünya Kubokuna, 12-15 aprel 2018-ci il tarixlərində batut gimnastikası, tamblinq və ikili mini batut üzrə Avropa çempionatına, 27-29 aprel 2018-ci il tarixlərində bədii gimnastika üzrə Dünya Kubokuna və 22-23 iyun 2018-ci il tarixlərində yeniyetmələr arasında Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat xarakterli yarışlara ev sahibliyi edəcək. Beynəlxalq Gimnastika Federasiyasının (FIG) ali orqanı olan Konqresin növbəti – 82-ci iclası da 2018-ci il dekabrın 2-3-də Bakıda keçiriləcək.

27-29 aprel tarixlərində isə ölkəmiz dünyanın diqqətini Formula 1 Azərbaycan Qran Prisi ilə cəlb edəcək.

Bu il Azərbaycan, həmçinin bir sıra mühüm siyasi tədbirlərə ev sahibliyi edəcək. 2018-ci ilin 3-6 aprelində Qoşulmama Hərəkatının orta müddətli nazirlər toplantısı Bakıda keçiriləcək. 2018-ci ildə ölkəmiz üçün gözlənilən ən mühüm hadisələrdən biri də Azərbaycan qazının Türkiyə ərazisinə nəqlini həyata keçirəcək TANAP layihəsinin işə düşməsi olacaq.

88 ölkədən 300-dən çox liman nümayəndələrini özündə birləşdirən Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransı da bu il ölkəmizdə baş tutacaq. Bundan əlavə, 2018-ci ildə Azərbaycanda beynəlxalq turizm, qida, neft və qaz, energetika və alternativ enerji, nəqliyyat, tranzit və logistika sərgi və konfransları keçiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Ən çox oxunanalar