Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

10 təhsil müəssisəsinə müəllimlər müsabiqədənkənar işə qəbul olunacaq

“Ötən il Azərbaycanda rekord sayda - 27 min müəllim işə qəbul üzrə imtahanlarda iştirak edib. Keçid balı - 36 baldan çox toplayanların nəticəsi bir il qüvvədə saxlanılır və onlar bu il imtahan vermədən vakant seçimdə birbaşa iştirak edə biləcəklər. Ötən il 48 baldan yuxarı nəticə göstərənlərin sayı 5 mindən yuxarıdır. Keçid balını toplayanların sayı ilə bağlı is` dəqiq məlumat yoxdur”.
 
APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.
 
E. Bağırov qeyd edib ki, bu il bəzi təhsil müəssisələrinə müəllimləri müsabiqədənkənar işə qəbul etmək hüququ verilib, bu müəssisələrin siyahısı artıq təsdiqlənib: "10 belə müəssisə müəyyənləşib. Onların hamısı Təhsil Nazirliyinin tabeliyindədir. Müəllimin, namizədin təyinatı Təhsil Nazirliyi ilə razılaşdırılmalıdır".
 
Onun sözlərinə görə, seçilmiş müəssisələr respublikada ən yüksək akademik göstəricilərə malikdir: “Bu müəssisələrə işə qəbul olmaq istəyən müəllimlər üçün mərkəzləşdirilmiş imtahanda iştirak etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, namizədlərin siyahısı nazirliyə təqdim olunacaq və siyahı müvafiq komissiya tərəfindən araşdırılacaq. Gələcəkdə Təhsil Nazirliyinin tabeliyində olmayan, yüksək akademik göstəricilərə malik olan digər müəssisələrə də belə bir səlahiyyətin verilməsinə baxıla bilər. Bu məktəblərin akademik göstəricilərinə müxtəlif olimpiadalarda, yarışlarda yüksək nəticə əldə etmə və s. aiddir. Həmin müəssisələrə işə qəbul olmaq istəyən müəllimlər üçün işə qəbul üzrə qoyulan tələblər digər məktəblərdən daha yüksək olacaq. Həmin namizədlər sözsüz ki, ən yüksək bal toplayanlar olmalıdır. Bununla belə, namizədin yalnız müsabiqədə yüksək bal toplaması tələb olunmur”.
 
Nazirlik rəsmisi əlavə edib ki, əvvəlki illərdə peşə təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlərin də işə qəbulu birbaşa müsabiqə yolu ilə həyata keçirilib, müsabiqədə iştirak edərək müvafiq balı toplayanların təyinatı Təhsil Nazirliyi tərəfindən verilib: “Bu il isə bir qədər fərqli olacaq və peşə təhsili müəssisələrinə işə qəbul 2016-cı ildə yaradılan Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən aparılacaq. Həmin müəllimlər isə test imtahanında müvafiq balı toplayan namizədlər arasından seçiləcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi -Video

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar