Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Rahat" marketdə iylənmiş toyuq satılır: "Qadağa qoyulmayıb"

"Rahat" marketdən alınan məhsulun istifadəyə yararsız olması barədə redaksiyamıza şikayət məktubu ünvanlanıb...

Şikayətçi Bakı-Sumqayıt yolunun kənarında yerləşən "Rahat" marketin filialından dəfələrlə aldığı məhsulun köhnə və ya iylənmiş çıxdığını bildirib. Onun iddiasına görə, sonuncu dəfə buradan aldığı toyuğun digər marketlərə nisbətən baha olmasına baxmayaraq, köhnəldiyini və xoşagəlməz iy gəldiyini görüb.


Şikayətlə bağlı marketin həmin filialınının müdiri Ramin Abbasov Lent.az -a açıqlama verib. Qiymətlərin baş ofisdən tənzimləndiyini deyən filial müdiri, marketdə köhnə məhsul satılmadığını iddia edib: “Qiymətlərə biz nəzarət etmirik, baş ofisdən tənzimlənir. Müştəriyə satılan toyuğun köhnə olması ehtimal ki, məhsulun paketinə hava daxil olması ilə əlaqədardır. Marketdə köhnə, son istifadə tarixi keçmiş məhsullar satılmır. .

Məhsullara tarixlə bağlı nəzarət edilir. Həmin müştəri aldığı məhsulu marketə qaytarıb. Məsələni yerindəcə həll etmişik. Xanım müavinim bununla bağlı vətəndaşdan üzr istəyib. İşçilərdən izahatlar alınıb və digər tədbirlər görülüb”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə marketlərin məhsullara qiymət təyin etmək baxımdan sərbəst olduqlarını vurğulayıb. O, "Rahat" marketin ərzaq məhsulları ilə bağlı əvvəllər də şikayətlər edildiyini deyib: “Qiymətləri hər market öz istədiyi kimi təyin edə bilər. Bu barədə heç bir marketə qadağa qoyulmayıb. Sadəcə, məhsulun vitrində olan qiyməti ilə kassada vurulan qiymət eyni olmalıdır. Ancaq əksər hallarda vitrindəki qiymət aşağı, kassadakı qiymət isə yuxarı olur. Bu zaman istehlakçının şikayət etməyə hüququ çatır. Təşkilatımıza da "Rahat" marketin ərzaq məhsulları ilə bağlı bir neçə dəfə müraciətlər edilib. Vətəndaşlar aldıqları ərzaq məhsullarından narazı olduqları təqdirdə, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə, məhsulun vitrində olan qiyməti ilə kassada vurulan qiymətinin fərqli olduğunu görüblərsə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etsinlər. Aldıqları problemli məhsulu qaytara bilmirlərsə, bizimlə əlaqə saxlaya bilərlər”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Ən çox oxunanalar