Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Peyvənd zamanı qızımı qorxulu virusa yoluxdurdular" – Mehriban Əliyevaya müraciət - Foto

Bakıda özəl klinikanın səhvi körpə uşağın həyatını əzaba çevirib

"Medi Lux” klinikasında 2017-ci il mayın 4-də dünyaya gələn Nəsrin Qurbanlı peyvənd olunan zaman dərialtı vərəm xəstəliyinə yoluxdurulub.

Pia.az criminal.az-a istinadən bildirir ki, Uşağın atası Cəsarət Qurbanov bildirib ki, qızı doğulan zaman sağlam olub: "Peyvənd ediləndə qızı hələ də sağalda bilmədiyi virusa yoluxdurulub”.

C.Qurbanov deyir ki, 2 ildir ölkənin dövlət və özəl xəstəxanalarına müraciət etsə də, uşağın dərdinə əlac edən tapılmayıb: "Nəsrinin iki yaşı var, artıq 4 ağır əməliyyat keçirib. Qızım gözümün qabağında əriyib gedir, ağrılardan əziyyət çəkir. Bədənini müxtəlif yerlərində irinləmələr baş verir, sonra partlayır. İltihab daxili orqanlarına da yayılır. Uşağın müalicəsi üçün 40 min manatadək vəsait xərclənib. İrana, Türkiyəyə belə aparmışam. Hələlik ümidverici nəticə yoxdur”.

"Həkimlər deyir ki, Nəsrinin müalicəsinə lazım olan dərman yalnız Almaniyadadır. Dərmanın bir qutusunun qiyməti 2000 min manatdır. Artıq imkanım tükənib. Birinci vitse-prezident Mehriban Əliyevaya üz tutaraq ondan kömək istəyirəm. Xahiş edirəm qızımın şəfa tapması üçün lazım olan dərmanın gətirilməsinə köməklik etsin. Mehriban xanım, bir valideyn kimi, qızımın müalicisini öz nəzarətinizə götürməyinizi sizdən xahiş edirəm”- deyə C.Qurbanov vurğulayıb.

pia.az

 

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Ən çox oxunanalar