Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Əbülfəz Elçibəyin təyin etdiyi məmurlar da rüşvət alırdılar" – Elman Nəsirov

"Bu gün həbs edilən məmurlardan sonra hər bir icra başçısı özündə məsuliyyət hiss edir"...

"Son günlər Dövlət Təhlükəsizliyi Xidmətinin müxtəlif rayonlarda və dövlət qurumlarında keçirdiyi əməliyyatlar zamanı tutulan şəxslərin əməllərini Yeni Azərbaycan Partiyası ilə əlaqələndirmək doğru deyil".

PİA.az-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov bu gün "Müsavat TV"-nin canlı yayımında səsləndirib.

Elman Nəsirov bildirib ki, YAP-ın üzvü olan və həbs olunan şəxslərin əməlləri hələ məhkəmə tərəfindən sübuta yetirilməyib:

"Gözləyək görək, bəlkə onlar günahsız olduqlarını sübut edəcəklər. Əgər sübut edə bilməsələr, o zaman YAP üzvlüyündən də çıxarılacaqlar. Ümumiyyətlə, həmin məmurların əməllərinin YAP-la heç bir əlaqəsi yoxdur. Onlar cinayət törədəndə YAP-ın üzvü kimi etməyiblər".

Deputat Azərbaycanın keçmiş Baş naziri Pənah Hüseynin "Niyə Mixeil Saakaşvili korrupsiya və rüşvətin kökünü 3 ildə kəsə bildi?" sualına belə cavab verib:

"Xeyr, Saakaşvili Gürcüstanda heç də korrupsiyanın kökünü tam kəsə bilməyib. Əgər bu gün Gürcüstana getsəniz, bunu görmək mümkündür. Ona görə də "Saakaşvili korrupsiyanın kökünü kəsdi" kimi fikirlər söyləmək düzgün deyil.

Ümumiyyətlə, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə zamana ehtiyac var, bunu sürətlə etmək düzgün olmazdı. Bu gün həbs edilən məmurlardan sonra hər bir icra başçısı özündə məsuliyyət hiss edir".

AXC-Müsavat hakimiyyəti dövründə mövcud olan problemlərə də toxunan Elman Nəsirov əlavə edib ki, mərhum Əbülfəz Elçibəyin təyin etdiyi məmurlar da rüşvət alırdılar.

pia.az


Etiket: Elman Nəsirov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb

Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - Video

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Ən çox oxunanalar