Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tramp dövründə ABŞ dünya liderliyini itirə bilər” - Politoloq


Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru: “İranın ABŞ-a qarşı ən yaxşı cavabı özünün iqtisadiyyatını qurması və bir dövlət kimi möhkəmlənməsidir”


“İsrail İrandan 10-15 dəfə güclü olsa da, İran İsrailin öləcəyini bildirib. Halbuki İranın özü ölən Ermənistanı diriltməyə  can atır”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu ABŞ-İran münasibətlərini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib. 

Məlumdur ki, İranla ABŞ arasındakı qarşıdurma 40 ilə yaxındır davam edir. Amerikanın zaman-zaman İranı müxtəlif məsələlərlə bağlı tənbeh etməsi fonunda İran hakimiyyətinin sərt  reaksiyası da gərginliyin artmasına səbəb olur. Hətta bu dövlətlər yaranan gərginlikləri fonunda ABŞ İranı dünyada "şər üçbucağı”nın biri, İran hakimiyyəti isə Amerikanı "böyük şeytan” adlandırır.  Onu da qeyd edək ki, Tramp hakimiyyətə gəldiyi ilk gündən etibarən İrana qarşı kəskin mövqe irəli sürürdü. Onun çıxışlarındakı bu sərtlik daha sonralar İrana qarşı adekvat addımlar atılacağını biruzə verirdi. Bəzi ekspertlərə görə isə Tramp dönəmində iki ölkə arasındakı münasibətlərin normallaşacağı gözlənilən deyil. Hətta tərəflər arasında qarşıdurma meyllərinin durmadan güclənməsi fonunda  ABŞ-İran münasibətləri daha da kəskinləşəcək. 

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sərt qərarları cavabsız qoymayan İran prezidenti Həsən Ruhani həftənin əvvəlində bildirib ki, İran ABŞ-ı diz çökdürəcək. "ABŞ-a təslim olmuruq, izzətimizi qoruyuruq  və ABŞ-ı diz çökdürürük” fikirlərini bildirən Ruhani öz sözlərini onunla əsaslandırıb ki, Tramp bütün müttəfiqlərini özündən uzaqlaşdırır və ABŞ bürün dünyada təklənir. 

Maraqlıdır ki, Trampın İranla bağlı yürütdüyü siyasəti nə qədər effektlidir  və Ağ Ev sahibinin öz müttəfiqləri ilə  başlatdığı savaşın hansı nəticələri ola bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlunun fikirlərini öyrənib.

Image result for mübariz əhmədoğlu

Mübariz Əhmədoğlu: “İranla bağlı fikirlərimin kökündə İrana isti münasibət durur”.


İranın mövcud siyasətində ciddi dəyişikliklərə ehtiyac olduğunu vurğulayan politoloq Mübariz Əhmədoğluna görə, Ruhani dönəmində İranın ABŞ-ı diz çökdürməsi gözlənilən deyil: 

“Düşünürəm ki, İranda hər şey təbliğat üzərində qurulub. İranda real praktiki iş və iqtisadiyyat yoxdur. İran 40 ildir ki,  İslam inqilabı edib və şəriət dövləti qurub. Bu 40 il müddətində İran həmişə ABŞ-la müharibə vəziyyətində olub və bu vəziyyət indi də davam etməkdəsir. 

Buna baxmayaraq İran hələ bu günə qədər özünün müstəqil iqtisadiyyatını qura bilməyib. ABŞ hətta İranın daxilində öz istədiyini edə bilir. Son günlər Tehranın mərkəzi bazarında mitinqlər baş verir. Bazardakı nisbətən orta səviyyəli tacirlərin öz dükanlarını bağlamasından dolayı yaranan bu etirazlarının kökündə dolların kursunun və bazarda satılan məhsulların qiymətinin tez-tez dəyişilməsidir. İranın ABŞ-a qarşı ən yaxşı cavabı özünün iqtisadiyyatını qurması və bir dövlət kimi  möhkəmlənməsidir. İran onunla normal münasibət qurmaq istəyən qonşu ölkələrə şərait yaratmalıdır. Bu ölkəıər arasında  Azərbaycanı da  nəzərdə tuturam.  

Bu yaxınlarda İran mətbuatında Azərbaycanı şərləyən yazı var idi. Hesab edirəm ki, İranın siyasəti reallığa yaxın olmalıdır. İsrail İrandan 10-15 dəfə güclü olsa da, İran İsrailin öləcəyini bildirib. Halbuki İranın özü ölən Ermənistanı diriltməyə  can atır. Nəyə görə İran Ermənistana pul xərcləməlidir və Ermənistana xərclədiyi o pulu öz camaatına vrməməlidir? İranda heç nə Ruhani hakimiyyətindən asılı deyil. Ruhani hökumətinin başçısının üstündə də duranlar var. Onlar Ruhani hökumətini məcbur edir ki,  ancaq təbliğata üstünlük versin. Amerika kimi istəsə, izalyasiyaya sala bilir. İranın yaxınlıq etdiyi cəmi 2-3 dövlət var. Mən İranı ən çox sevən insanlardan biriyəm. İranla bağlı fikirlərimin kökündə İrana isti münasibət durur. İran illərdir ki, Amerikaya qarşı eyni siyasəti aparır və hər dəfə məğlub olur. Hətta ölkə geri gedir, əhalisi ölkəni tərk edir. İran nə qədər yeni siyasət apararsa, bir o qədər yaxşı olar. 

Mübariz Əhmədoğlu: “İran siyasətindəki məntiqsizlik Tramp hakimiyyətində də mövcuddur”.


Ağ Evə gəlincə, ABŞ dövləti ilə Tramp ayrı-ayrı məfhumlardıdır. İran siyasətindəki məntiqsizlik Tramp hakimiyyətində də mövcuddur. Tramp nə etdiyini bilmir. Tramp Çin və Rusiyanın Qərbi dağıtdığını bildirir. Amerikalı mütəxəssislər isə Qərbin izahını verir ki, ABŞ-la Avropa birlikdə Qərb deməkdir. Bəyanat verilən gün Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Rusiyada, Trampın müdafiə naziri isə Çində idi. Yəni, Rusiya ilə Çin Amerikanın maraqlarına zərbə vurmaqda günahlandırsa da, elə həmin gün Trampın iki vacibi adamından biri Rusiyada, digəri də Çində olur. 

Bu cür məntiqsizlik olmaz. Bu baxımdan Trampın siyasəti ilk növbədə ABŞ-ın özünə zərbə vurur. Tramp dövründə Amerika dünya liderliyini itirə bilər”. 

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Naxçıvan DSMF-nin İdarə Heyətinin sədri vəzifəsindən azad olundu

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar

Ən çox oxunanalar