Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Reklam üçün boşanma xəbərimizi yaydım” - Tünzalə

Əməkdar artist Tünzalə Əliyeva yayılan boşanma xəbəri haqda gözlənilməz açıqlama verib


Axşam.az-ın məlumatına görə, aktrisa “Bizimləsən” verilişində bildirib ki, piar üçün özü haqda yalan xəbər yaydığını etiraf edib:

“Əslində boşanma xəbərini özümüz yaydıq. Bir veriliş edirdik, piar üçün belə addım atdıq. Həmin hadisədən illər keçdi, ona görə məsələni açıram. Yoldaşımla razılaşdıraraq belə xəbər yaydım. Bir verilişdə müsahibə verdim. Dedim ki, "deyirlər boşanmışam". Montaj edib anonsa "boşanmışam" sözümü saldılar. Bundan da xəbərim var idi, bilirdim belə ediləcək. 

Verilişin anonsuna baxdılar, yayıldı. Amma proqram özü baxılmadı, tutmadı. Bu piar bizim əksimizə işlədi. 

Veriliş efirə gedəndə rayonda işıq sönmüşdü, heç kim baxa bilməmişdi. Rayonda yoldaşımın qohumları çox pis olmuşdu. Ailə tərəfim rayon camaatıdır. 

Məsuliyyətsiz formada özümə qara yaxdım. Reklam üçün yalandan boşanma xəbərimizi yaydım. Şükür ki, biz ailəmizi hələ də qoruyuruq. Verilişin reytinqli olması, pul qazanmaq üçün ailəmi təhlükə altına aldım. Həmin vaxt qayınatam, qayınanam, yoldaşım tərəf əziyyət çəkdi. İndi onlardan üzr istəyirəm”.

Qeyd edək ki, "Toppuş bacı"nın söz etdiyi hadisə bir neçə il bundan əvvəl "Space" kanalında yayımlanan "Şou+" verilişində baş vermişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar