Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakı Şopinq Festivalı iqtisadiyyata təkan verəcək”

Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim Azərbaycan hökumətinin ölkədə şopinq festival keçirməklə bağlı təşəbbüsünü yüksək qiymətləndirir


www.bakushopfest.com saytına açıqlama verən diplomat bu kimi festivalların ölkədə turizmin inkişafına təsirsiz qalmayacağı qənaətindədir: “Düşünürəm ki, Bakıda şopinq festalın keçirilməsi çox yaxşıdır. Bu, ölkəyə turist cəlb etmək üçün möhtəşəm tədbirdir. Azərbaycan çox gözəl və füsunkar ölkədir və  bu gözəllik, eyni zamanda şopinq festival,  turistləri həm Azərbaycanın gözəlliyini görməyə, həm də bura gəlib alış-veriş etməyə sövq edəcək”.
 
Səfir bildirib ki, şopinq festival, eyni zamanda iqtisadiyyatın inkişafına da təkan verəcək. Sahibkarlığın rəqabətə yol açdığını deyən səfir düşünür ki, bu həm də məhsulların daha cəlbedici yolla müştərilərə təqdim edilməsinə də müsbət təsir göstərə bilər: “Sahibkarlığın inkişafı iqtisadiyyatı irəli aparır.  Bu kimi festivalların hər il keçirilməsi çox yaxşıdır. Düşünürəm ki, bu həm də daxili iqtisadiyyata, yəni bir tərəfdən turizmin inkişafına töhfə verəcək. Digər tərəfdən də yerli istehlakçıların daha çox alış-veriş etməsinə şərait yaradacaq. Daha çox alış-veriş isə iqtisadiyyata təkan verəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ən çox oxunanalar