Çərşənbə axşamı, 11 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabir Rüstəmxanlı Türkiyədən gələn şəhid ailələri ilə görüşdü - Foto

Qardaş Türkiyədən olan bir qrup şəhid ailəsi Azərbaycana səfərə gəlib...

Bakupost.az xəbər verir ki, "34 şəhidin izi ilə" layihəsi çərçivəsində “Kırşəhir Şəhid Ailələri“ İctimai Birliyinin rəhbərliyi və fəallarının ölkəmizə bu ilk səfər proqramı “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırovanın təşkilatçılığı altında gerçəkləşdirilib.

Bir neçə gündür Bakıda olan şəhid ailələri bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı ilə görüşüblər.

Azərbaycan və Türkiyə arasında münasibətlərdən danışan S.Rüstəmxanlı hər iki ölkənin istiqlal savaşında qardaş xalqların birgə mübarizəsinin tarixdə başqa örnəyinin olmadığını bildirib:

"Yüz il öncə Nuru Paşanın Azərbaycan türklərinə köməyə gəlməsi, eyni zamanda sovet əsarəti altında belə, sadə Azərbaycan insanının bütün maddi imkanlarını Atatürk Cumhuriyyətinə fəda etməsi o dövrün böyüklərinin siyasi iradəsinin nəticəsi idi. Şərqin ilk cumhuriyyəti olan Azərbaycan Xalq Cumhuriyyəti yolunda canından keçən Osmanlı əsgərləri və Atatürk Cumhuriyyətinin qurulması üçün könüllü döyüşən Azərbaycan türkləri “Bir millət, iki dövlət” həqiqətinin real təzahürü idi. O zaman siyasi reallıqlar ideoloji qurtuluş arzusunu gerçəkləşdirməyə imkan vermədi. Bu gün isə dünyanın geopolitik diqtəsi daha sərt, bizim imkanlarımız isə daha genişdir. Artıq dünyada “Bir millət, iki dövlət” deyil, “Türk birliyi” ideasını həyata keçirmək zamanıdır. Bu zamanın və Türk dünyasının gələcək taleyinin diktəsidir”.

Tədbirdə tanınmış türkiyəli yazıçı, tərcüməçi ,"Türk ədəbiyyatı" jurnalının rəhbəri İmdat Avşar, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, Nilufər Lətif, VHP-nin Qadınlarla iş üzrə şöbəsinin müdiri, şair Aysel Xanlarqızı, türkiyəli şəhid ailələri və başqaları çıxış ediblər.

RHİMİB-nin sədri Arzu Bağırova və Türkiyədən gələn qonaqlar adından "Kırşəhər şəhid ailələri" İctimai Birliyinin rəhbəri Mutlu Kılıc Aslan tərəfindən Sabir Rüstəmxanlıya xatirə hədiyyələri təqdim olunub. Qonaqlara isə S.Rüstəmxanlının türk dilində çap olunmuş imzalı kitabları təqdim olinub.

Poliqon.info

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN əməkdaşı sükan arxasında olan iş yoldaşını güllələdi

DSX-nin ildırım vurması nəticəsində həlak olan hərbçisi Gəncədə dəfn edilib - Yenilənib

Özəlləşdirmə çekləri ilə bağlı deputatlara, YAP funksionerlərinə və ziyalılara müraciət

Yevlaxda toy mərasimində gənc oğlan qətlə yetirilib - Təfərrüat, Yenilənib

"Azərbaycanfilm"-in direktoru və müavini vəzifələrindən azad edildilər

Bakıda "Badam" klinikasında çalışan həkim sinə əməliyyatı etdiyi qadınla münasibətdə oldu

Fransada növbədənkənar seçkilər - Makron bu sınaqdan sağ çıxacaqmı?

Respublika üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlanıb

Keçmiş SSRİ ölkələrinin ən bahalı futbolçusu məlum olub

İranda prezidentliyə 6 namizəd... - Kim daha şanslı görünür?

Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub - Yenilənib

Ən çox oxunanalar