Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın İnzibati Ərazi Bölgüsü Təsnifatı yenidən hazırlanıb: 11 şəhər, 76 rayon    

Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Ərazi Bölgüsü Təsnifatı yenidən hazırlanıb...

Təsnifat hazırlanarkən Ağdərə rayonunun yaradılması, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, LaçınŞuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi və digər son dəyişikliklər nəzərə alınıb.

Bu barədə Modern.az-a komitədən məlumat verilib.

İnzibati Ərazi Bölgüsü Təsnifatına görə, hazırda Azərbaycanda respublika tabeli 10 şəhər var: Bakı, Gəncə, Xankəndi, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax.

Bakı şəhərinin inzibati ərazisinə 1 şəhər, 12 rayon, 59 qəsəbə daxildir.

Gəncə şəhərinin inzibati ərazisinə 1 şəhər, 7 qəsəbə daxildir.

Xankəndi şəhərinin inzibati ərazisinə 1 şəhər (Xankəndi), 1 qəsəbə (Kərkicahan) daxildir.

Lənkəran şəhərinin inzibati ərazisinə 2 şəhər (Lənkəran və Liman), 8 qəsəbə, 83 kənd daxildir.

Mingəçevir şəhərinin inzibati ərazisinə 1 şəhər daxildir.

Naftalan şəhərinin inzibati ərazisinə 1 şəhər, 2 kənd daxildir.

Sumqayıt şəhərinin inzibati ərazisinə 1 şəhər, 2 qəsəbə (Corat və Hacı Zeynalabdin) daxildir.

Şəki şəhərinin inzibati ərazisinə 1 şəhər, 2 qəsəbə, 68 kənd daxildir.

Şirvan şəhərinin inzibati ərazisinə 1 şəhər, 2 qəsəbə daxildir.

Yevlax şəhərinin inzibati ərazisinə 1 şəhər, 3 qəsəbə, 46 kənd daxildir.

Respublika tabeli rayonların sayına gəldikdə, hazırda onların sayı 57-dir.

Həmçinin Azərbaycan Respublikasına Naxçıvan Muxtar Respublikası da daxildir.

Muxtar respublika 1 şəhər (Naxçıvan şəhəri) və 7 rayondan (Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur) ibarətdir.

Ümumilikdə Bakı şəhərindəki, Naxçıvan MR-dəki rayonlar daxil olmaq respublikada 76 rayon mövcuddur (12-si Bakıda, 7-si Naxçıvan MR-də, 57-si respublika tabeli rayon). 

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - Yenilənib

İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı

Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq

Sabiq nazirin oğlu sədr müavini təyin olunub    

Azərbaycan boksçusundan Banqkokda növbəti qələbə

Ən çox oxunanalar