Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

İran-Pakistan sərhədindəki bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsində əsas maneəyə çevriliblər...

Pakistan və İran arasındakı fikir ayrılıqlarını həll etmək üçün Çin tezliklə hər iki ölkə ilə üçtərəfli görüş keçirərək terrorla mübarizə və təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Poliqon xəbər verir ki, bu ba barədə Amerikanın “Al-Monitor” saytı məlumat yayıb. Nəşrin məlumatında qeyd olunur ki, İran-Pakistan sərhədində fəaliyyət göstərən bəluc silahlı qruplarının hücumları Pekinin infrastruktur layihələrinin həyata keçirilməsini təhlükə altına qoyur. Söhbət Çinin “Bir kəmər - bir yol” təşəbbüsünün Pakistan ərazisindən keçən dəhlizindən gedir.

Qeyd edilir ki, yanvarın 16-da İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pakistandakı Bəluc yarımhərbi qruplaşmasının “Ceyş ul-Adl”ın hədəflərinə raket zərbələri endirib, İslamabad buna hava hücumu ilə cavab verib. Nəticədə ölkələr öz səfirlərini geri çağırıblar. Eskalasiya 3 gün davam edi, Pakistan hökuməti İranla diplomatik münasibətləri bərpa etməyə qərar verib.

Xatırladaq ki, Çinin “Bir kəmər, bir yol” təşəbbüsü Asiyanı quru və dəniz yolları ilə Afrika və Avropa ilə birləşdirən qlobal layihədir. Məqsəd regional inteqrasiyanı dərinləşdirmək, ticarəti inkişaf etdirmək və iqtisadi artımı stimullaşdırmaqdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - Yenilənib

İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı

Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq

Azərbaycan boksçusundan Banqkokda növbəti qələbə

Ukrayna ordusu Krasnodara Qərb silahları ilə zərbələr endirib

Ən çox oxunanalar