Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zərifin səs yazısı niyə ortaya çıxdı? - Tehran Moskva ilə tərəfdaş olmaqdansa, Vaşiqntonla əməkdaşlığa üstünlük verir?..

Bəziləri iddia edir ki, Zərifin Rusiyaya qarşı olan məlum səs yazısının yayılmasına rəsmi Tehran özü maraq göstərib və bu yolla İranın ABŞ-la nüvə sazişinə qayıtmağa hazır olduğunu, lakin Rusiyanın Vaşinqton və Tehran arasında əldə olunacaq hər hansı razılaşmaya qarşı olduğunu nümayiş etdirib...

Politoloq: “Nə Rusiya, nə də İran bu günə qədər bir-birlərinə dost ölkə olacaq qədər də yaxınlaşmayıblar. Moskva və Tehran heç vaxt dostluq münasibətləri içində olmayıblar və strateji tərəfdaş kimi də görünməyiblər”.

İranla ABŞ arasında gərginliyin çox olması Rusiyanın maraqlarına cavab verir. Çünki İranla ABŞ arasında gərginlik olanda ABŞ-ın Orta Şərqdəki mövqeyi zəifləyir”.

Bu sözləri politoloq Nəzakət Məmmədova İranın xarici işlər naziri Cavad Zərifin Rusiyanı ittiham etməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

İranın xarici işlər naziri Cavad Zərifin ictimaiyyət üçün nəzərdə tutulmayan səs yazısı mətbuata sızıb. Cavad Zərif həmin səs yazılarında Rusiyanın ünvanına sərt ittihamlar səsləndirir. Belə ki, Zərif Moskvanın İranla “altılıq ölkələri” arasında nüvə razılaşmasını pozmağa çalışdığını deyir. Həmçinin Zərif Moskvanın nüvə razılaşmasını hələ imzalanmazdan öncə pozmağa cəhd etdiyini xatırlayır. O xüsusən, müqavilənin imzalanmasına 1 həftə qalmış Rusiyanın bu sahədə addımlarını sürətləndirdiyini deyib. Sergey Lavrovun Vyanada nüvə razılaşması əldə olunduqdan sonra 7 ölkənin XİN rəhbərlərinin birgə yer almamasını da məhz bu amillə əlaqələndirib. Zərif qeyd edib ki, həmin ərəfələrdə onun Lavrovla diplomatik qaydalara uyğun olmayan söhbəti olub. Həmçinin İran rəsmisi bildirib ki, ölkəsi Suriyada hərbi əməliyyatlar zamanı öz hava məkanını Rusiya üçün açdığı üçün peşman olub.

Zərifin Moskvaya qarşı narazılıqlarla dolu bu səs yazısı ortaya çıxandan sonra rəsmi Tehran adətinin əksinə olaraq, səs yazısını yalanlamadı, əksinə həmin səsin məhz Zərifə aid olduğunu təsdiqlədi. Dünən isə İran prezidenti Məhəmməd Ruhani ölkəsinin təhlükəsizlik orqanlarına həmin səs yazısını yayan şəxsin tapılması haqqında göstəriş verdi. Bu da belə bir iddianın ortaya çıxmasına səbəb oldu ki, Zərifin Rusiyaya qarşı olan məlum səs yazısının yayılmasına rəsmi Tehran özü maraq göstərib və bu yolla İranın ABŞ-la nüvə sazişinə qayıtmağa hazır olduğunu, lakin Rusiyanın Vaşinqton və Tehran arasında əldə olunacaq hər hansı razılaşmaya qarşı olduğunu nümayiş etdirib.

Əgər bu iddialar doğrudursa onda belə çıxır ki, Tehran Moskva ilə tərəfdaş olmaqdansa, Vaşiqntonla əməkdaşlığa üstünlük verir və bunu da artıq gizlətməyə çalışmır.

Moskva ilə Tehran arasındakı hazırkı münasibətlərin səviyyəsini necə dəyərləndirmək olar və Rusiyanın ABŞ-İran anlaşmasına qarşı olması Tehran və Vaşinqtona münasibətləri normallaşdırmaq üçün əsas ola bilərmi? Həmçinin Rusiyanın həm Ankara ilə, həm də Tehranla münasibətlərin korlanması ABŞ-ın bölgədəki mövqelərini nə qədər gücləndirə bilər?

İran-Rusiya münasiblərini PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Əgər Zərifin dediyi kimi olubsa, Rusiya hüquq baxımdan doğru addım atmayıb. Amma Rusiya milli maraqları baxımından haqlıdır”.

Zərifin ittihamlarını həm əsaslı, həm də əsassız hesab edən politoloq PİA.az-a bildirib ki, görünür Rusiyaİran münasibətlərində problemlər yaranıb:

İranın xarici işlər naziri Cavad Zərifin Rusiyanı ittiham etməyi anlaşılan deyil. Çünki hər ölkənin öz marağı var. Yəni Rusiyanın, İranın, ABŞ-ın öz maraqları var. Buna görə də Zərifin məlum ittihamlarına Rusiya tərəfindən baxılarsa, onda bu ittihamlar yersizdir. Moskva öz geosiyasi maraqlarını müdafiə edir və bu maraqlar ABŞ-la İran arasında gərginliyin və düşmənçiliyin ən yüksək səviyyədə olmasını tələb edir. Yəni İranla ABŞ arasında gərginliyin çox olması Rusiyanın maraqlarına cavab verir və bu da hər kəsə məlumdur.

İranla ABŞ arasında gərginlik olanda ABŞ-ın Orta Şərqdəki mövqeyi zəifləyir. Digər tərəfdən isə İran ABŞ-la nə qədər yaxınlaşsa, Rusiyadan bir o qədər uzaqlaşacaq. Amma İran ABŞ-la gərgin münasibətdə olanda təbii ki, Rusiya ilə yaxınlaşmağa məcbur olur. Bu zaman İran Rusiyadan kömək istəyir. Buna görə də Moskvanın Tehrana daha çox təsir etmək imkanları olur.

Əgər Zərifin dediyi kimi olubsa, Rusiya hüquq baxımdan doğru addım atmayıb. Amma Rusiya milli maraqları baxımından haqlıdır.

Nəzakət Məmmədova: “Nə İran Rusiyanın güclənib regionda nəzarəti ələ keçirməsini, nə də Rusiyanın İranın güclənərək Yaxın Şərq arealında tam söz sahibi olmasını istəyir”.

Rusiya, nə də İran bu günə qədər bir-birlərinə dost ölkə olacaq qədər də yaxınlaşmayıblar. Moskva və Tehran heç vaxt dostluq münasibətləri içində olmayıblar və strateji tərəfdaş kimi də görünməyiblər. Bu iki ölkə tarixən bir çox geosiyasi prosseslər ucbatından əməkdaşlıq etməyə məcbur olublar. Bu 19-cu əsrdə də belə olub, 20-ci əsrdə də, indi də də belədir. münasibətləri yeridə bilməzlər. Çünki hər ikisi imperiya dövlətdir. İran regional böyük dövlət, Rusiya isə dünya səviyyəli böyük dövlətdir. Bu ölkələrin yenidən öz güclərini artırmaq səyləri qarşılıqlı toqquşmalara səbəb olur. Çünki nə İran Rusiyanın güclənib regionda nəzarəti ələ keçirməsini, nə də Rusiyanın İranın güclənərək Yaxın Şərq arealında tam söz sahibi olmasını istəyir.

Yeri gələndə Rusiyaİran birləşir, yeri gələndə isə hərəsi öz mənafelərini müdafiə edir. Buna görə də Zərifin ittihamlarını həm əsaslı, həm də əsassız hesab etmək olar. Görünür Rusiyaİran münasibətlərində problemlər yaranıb. Ola bilər ki, Suriyada iki ölkə arasında anlaşılmazlıqlar yaranıb.

Digər tərəfdən ola bilər ki, Bayden administrasiyası İranla münasibətləri yaxşılaşdırmaq istəyir. Baydenin İsraillə məsafəli, İranla sıx münasibətlər saxlaması gözlənilir. Çünki Baydeni hakimiyyətə gətirən qlobalistlər Trampın yeritdiyi siyasəti alt-üst etmək istəyirlər. Bayden administrasiyası İsrailə görə İranı qurban vermək istəmir. Hətta Baydenin seçkiqabağı təbliğatında da İranla münasibətlərin yaxşılaşdırılması var idi.

Nəzakət Məmmədova: “Türkiyənin regionda yerini tutmaq üçünsə ABŞ-a İran lazımdır. Bunu Tehranda da yaxşı anlayırlar və bu qızıl fürsəti əldən vermək istəmirlər”.

Rusiya da təbii olaraq İran-ABŞ yaxınlaşmasından narahatdır. Ola bilər ki, Zərif buna görə belə ittihamlarla çıxış etdi. Bildiyimiz kimi ABŞ-la Rusiyanın münasibətləri gərgindir. Həmçinin ABŞ-ın başqa ölkələrlə də problemləri var. Ən əsası isə Bayden qondarma “erməni soyqırımı”nı tanıyandan sonra Türkiyə ilə münasibləri kəskinləşdi. Türkiyənin regionda yerini tutmaq üçünsə ABŞ-a İran lazımdır. Bunu Tehranda da yaxşı anlayırlar və bu qızıl fürsəti əldən vermək istəmirlər.

Bilirik ki, şah dönəmində İran ABŞ-la yaxın strateji müttəfiq idi. Bu gün Türkiyənin həyata keçirdiyi təbii geosiyasi missiyanı o zaman İran həyata keçirirdi. İranla münasibətlərin yaxşılaşması isə, ABŞ-a həm Ankaraya, həm də Tehrana təzyiqlər etməyə və əslində bütün Yaxın Şərqdə tam hakim olmaq imkanları verir. Rusiya isə bunun baş verməsini özünün milli maraqları üçün fəlakət kimi dəyərləndirir.

İran da Tramp dönəmində ona tətbiq edilən sanksiyalardan qurtarmaq üçün ABŞ-la yaxınlaşmaq istəyir. Zərifin ittihamları da o anlama gəlir ki, İran ABŞ-a mesaj verir. Mesajda bildirir ki, onların ABŞ-la yaxınlaşmasına Rusiya mane olur. Yəni ABŞ-a ötürülən mesaj hərfən belədir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar