Zərdab rayon sakinindən tüfəng götürülüb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Qoruqbağı kənd sakini Şirvan Rəsulovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov silahı aşkar edilərək götürülüb.
Faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.
pia.az