Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenskidən Avropaya xəbərdalıq

Əgər Ukrayna taxıl ixracı üçün limanları açmasa, o zaman Avropa miqrasiya sunamisinə məruz qala bilər.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Vyanada keçirilən rəqəmsal texnologiyalar və media “4Gamechangers” festivalında çıxışı zamanı deyib.

“Əgər bu aclıq təhlükəsi aradan qaldırılmasa, Qara dənizin blokadası dərhal açılmasa, o zaman ərzaq böhranının nəticəsi elə bir miqrasiya sunamisi olacaq ki, Avstriya hələ dənizdən uzaqda olsa da, sizə də çatacaq”, - deyə o bildirib.

Zelenski qeyd edib ki, Rusiya Ukraynanı işğal etməklə Qara dənizi bağlayaraq genişmiqyaslı aclıq təhlükəsi yaradıb və hazırda Afrika, Asiya və Avropa da daxil olmaqla milyonlarla insanı girov saxlayır.

O, Avropanın Rusiya qazından asılılığını da xatırladıb:

“Sadəcə, yanacağın, qazın və s.-nin qiymətlərinə baxın. Nə baş verir? Bazarlar Rusiya şirkətlərindən, “Qazprom”dan və Rusiya neft tədarükçülərindən çox asılıdır.

Bu o deməkdir ki, avropalıların pul kisəsi bir dövlətin onlardan nə qədər çıxarmaq istəməsindən çox asılıdır”.

O əlavə edib ki, bir dövlət Avropada, hətta dünyada hər kəsin həyatını poza bilməz.

“İllərdir deyilir ki, Avropa Rusiyanın enerji resurslarından asılı olmamalıdır. Növbəti qışın fəlakətli olmaması üçün bu il biz bunu etməliyik”, - deyə Zelenski vurğulayıb.

Bundan əlavə, o xatırladıb ki, Rusiya Federasiyası enerji resursları üçün bütün demokratik ölkələrin birliyinə qarşı pul xərcləyir.

“O, bütün qitə üçün parçalanmaların və dezinformasiyaların, anti-Avropa siyasi hərəkatlarının və problemlərin sponsorudur. Demokratik dünyaya qarşı istifadə olunan bu pul axını bu il dayandırılmalıdır. Əks halda, demokratiyaya nifrət edən hər kəs anlayacaq ki, demokratik dünya özünü müdafiə edə bilmir”, - deyə Zelenski vurğulayıb.

Ukrayna prezidenti bir daha bəyan edib ki, tərəfdaşlar Rusiyaya qarşı sanksiya siyasətini gücləndirməli və qələbə üçün silahlanmaya kömək etməlidirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar