Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski köpək balığı saxlayan oliqarx hamisini niyə hədəfə alıb?

Kolomoyskinin əvvəllər əsas səhmdarı olduğu iki neft şirkətindən təxminən 1 milyard funt-sterlinq mənimsəməsi ilə bağlı iddiaları araşdırır…

Düşmənlərini qorxutmaq üçün ofisində köpək balıqları saxlayan, “Ceyms Bond yaramazı” ləqəbi ilə tanınan oliqarxın Ukraynadakı malikanəsinə korrupsiyaya qarşı genişmiqyaslı tədbirlər çərçivəsində axtarış aparılb.

Vladimir Zelenskinin hakimiyyətə gəlməsinə xüsusi rolu olan, 2014-cü ildə Dneprpetrovskinin qubernatoru olaarq vilayətin rusların nəzarətinə keçməsinin qarşısını alan İqor Kolomoyski dünən Ukraynanın təhlükəsizlik xidməti olan SBU tərəfindən hədəfə alınıb.

59 yaşlı maqnat agentlərlə qarşılaşarkən Dnepr yaxınlığındakı ovçuluq iqamətgahında idman kostyumu və çəkələkdə imiş.

Ukrayna mediası bildirir ki, müstəntiqlər Kolomoyskinin əvvəllər əsas səhmdarı olduğu iki neft şirkətindən təxminən 1 milyard funt-sterlinq mənimsəməsi ilə bağlı iddiaları araşdırır.

Ukrayna hökuməti Kolomoyskinin enerji şirkətlərinin, “Ukrnafta” və neft emalı zavodu “Ukrtatnafta” şirkətlərindəki paylarını müharibənin maliyyələşdirilməsini gücləndirmək üçün atılan addımların bir hissəsi olaraq müsadirə edib.

Panama sənədlərində adı hallanan neft baronu həmçinin böyük sərvətini toplamaq üçün gömrük rüsumlarından yayınmaqda ittiham olunur.
Oliqarxın şirkətləri sırasına Zelenskinin komediya karyerasına başladığı telekanal da daxildir.

Zelenski milyarder iş adamından uzaqlaşsa da, 2019-cu ildə ki president seçkiləri kampaniyası zamanı maqnat media imperiyası vasitəsilə aktyoru dəstəkləyib.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu iddia edir ki, ABŞ tərəfindən sanksiyaya məruz qalan maqnat,həm də “ABŞ-ın ürəyində fabriklər və kommersiya obyektləri alaraq, bir sıra şirkətlər vasitəsilə 5,5 milyard dollar yuyub.

Kolomoyski ABŞ-da ən böyük Ponzi sxemlərindən birinə rəhbərlik etməkdə ittiham olunur və ABŞ-ın orta qərbindəki ən böyük daşınmaz əmlak sahiblərindən biridir.

Kolomoyski Sovet İttifaqının tərkibində olarkən Ukraynanın Dnepropetrovsk şəhərində yəhudi ailəsində anadan olub. SSRİ-nin dağılmasından sonra o, xarici malların idxalı və beynəlxalq bazarda yerli metalların ticarəti ilə sərvət qazanmağa başlayıb. İddialara görə, Kolomoyski dövlət əmlakına əl qoyub və bunun üçün Rusiyada hakimlərə rüşvət ödəyib.

Qısa müddətdə milyarder olan Kolomoyski amansız lidervə qorxunc bir şəxsiyyət kimi yetişməyə başlayıb.

Forbes-ə görə, o, bir dəfə polad zavodunu zorla ələ keçirmək üçün beysbol dəyənəkləri, dəmir çubuqlar, qaz və rezin güllə tapançaları və zəncirli mişarlarla silahlanmış yüzlərlə muzdlu quldurun xidmətindən istifadə edib.

Forbesin yazdığına görə bir dəfə o, rəqiblərini qorxutmaq üçün rəhbərlik etdiyi neft şirkətinin foyesinə tabutlar düzdürmüş və köpək balğı saxlandığı akvariumu qanla doldurub.

Kolomoyski 2010-cu illərdə Ukraynanın ən güclü fiqurlarından biri idi və ölkənin ən böyük banklarından birinə PrivatBank-a rəhbərlik edirdi.

2014-cü il Avromaydan İnqilabından sonra Rusiya Ukraynanı ələ keçirməyə ilk cəhd edərkən, Kolomoiski neonasist “Azov” alayını maliyyələşdirməyə başladı və özünü vətənin amansız müdafiəçisi kimi göstərdi.

“Spectator” saytına danışan bir ABŞ diplomatı onun barəsində demişdi ki, Kolomoyski hərbi komandir kimi davranmağa başlayan ilk oliqarxlardan biri idi.

Onun barəsində nə qədər ciddi araşdırılma apaırlsa da gücünə və polis üzərindəki nüfuzuna görə, o, yaxın vaxtlara qədər hökumət tərəfindən toxunulmamışdı. Amma indi hakimiyyət Zelenskinin korrupsiya ilə genişləndirilmiş mübarizə tədbirlərinin bir hissəsi olaraq onu sıxışdırıb.

Kolomoyskinin malikənaəsində axtarış Aİ ilə əsas sammitdən əvvəl həyata keçirilib və Kiyevin Avropa paytaxtlarında və Vaşinqtonda əsas hərbi və maliyyə donorlarını Ukraynanın sistemli rüşvətxorluqla mübarizə apardığına inandırmaq cəhdinin bir hissəsi kimi görünür.

Zelenskinin partiyasının palament fraksiyasını rəhbəri David Araxamiya bildirib ki, antikorrupsiya tədbiləri keçmiş daxili işlər naziri Arsen Avakovu da hədəf alıb.


Mənbə: dailymail.co.uk

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar