Şənbə, 01 Oktyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Zelenski bunkerdə gizlənmədi...” – Strelkov Putini hədəfə almağa başladı

“Cənab Zelenski heç yerə qaçmadı, bunkerdə gizlənmədi”.

“AzPolitika.info” xəbər verir ki, bu açıqlama ilə Putinin bunkerdə gizlənməsinə eyham vuran separatçı “dxr”-in sabiq baş komandanı, Ukraynanın şərqində separatçı terror birləşmələrinin yaradılmasında ən əsas fiqurlardan biri olan və terrorçu kimi beynəlxalq axtarışa verilən İqor Strelkov (Qirkin) gözlənilmədən Ukrayna Prezidenti Volodimir Zelenskini tərifləyib, Kremlin ünvanına isə ağır ittihamlar yağdırıb və hətta ölkənin hərbi-siyasi rəhbərliyini ələ salıb.

Krımdakı rus hərbi obyektlərinin vurulmasına hiddətlənən Qirkin Rusiya rəhbərliyi ilə Volodimir Zelenskini müqayisə edib və bildirib ki, Zelenski peşəkar komik olsa da, özünü ciddi dövlət başçısı kimi aparır, əksinə, Kremldə oturanlarsa təlxəklik edir: “Baxın, müharibə başladı. Cənab Zelenski heç yerə qaçmadı, bunkerdə gizlənmədi, ümumi səfərbərlik elan etdi və həyata keçirdi. NATO-dan kütləvi silah idxalına nail oldu, Kremldəki “tərəfdaşları” barmağına doladı. Qəti və inamlı şəkildə müharibənin hədəfini və hətta sülh danışıqlarının şərtlərini elan etdi”.
Ətraflı

Strelkov gileylənib ki, əvəzində Kreml bu sadalananların heç birini edə bilməyib: “Bəs, bizdə? Bizdə isə müharibənin 6-cı ayının tamamında qızıl suyuna çəkilmiş xoruzlar yenə də tank biatlonu oynayır və hərbi orkestrlərin festivalını keçirirlər. Ona görə də sual yaranır: “Kimdir təlxək?””

Qirkin əlavə edib ki, Rusiya Müdafiə Nazirliyi Krımdakı partlayışları hansısa texniki səbəblərlə izah etməklə özünü gülünc vəziyyətə qoyur.

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Paşinyan NATO hərbçilərini Azərbaycanla sərhədə gətirir - Təhlükəli oyun

Hücum helikopterləri Zahedan üzərində uçaraq Bəluç nümayişçilərinə atəş açdı - Video, Yenilənib

İranlı din xadiminin qızının toy görüntüləri gündəm oldu - Video

“Dövlətdən oğurlayıb, küçə insanlarına ev alırlar” - Partiya sədri 

Zaqatalada tarixi şəxsiyyətlərin adı ilə bağlı biabırçılıq- Fotofakt

"Özünüzü artistliyə vurmayın, yığışdırın yalançı sevgilərinizi"

Sentyabr şəhidinin ürək dağlayan həyat hekayəsi 

Alla Puqaçovanın Rusiyaya qayıtmasının səbəbi məlum oldu

Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq

Ən çox oxunanalar