Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaxarova AB-ni üçtərəfli razılaşmalara müdaxilə etməkdə günahlandırdı... Moskva nədən narahatdır?

Rusiya XİN rəsmisinin bəyanatı nədən xəbər verir?...

Mariya Zaxarovanın dedikləri Brüsselin vasitəçilyinə qarşıdır və Mokvanın bundan narahat olduğunu göstərir”.

Azərbaycanla Ermənistan arasında Brüsselin vasitəçiliyi ilə keçirilən görüşlər ilk növbədə sülhün əldə edilməsinə yönəlib. Moskvadan fərqli olaraq Brüssel real sülhün əldə edilməsinə çalışır”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın vasitəçiliklə bağlı son fikirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib ki, Avropa Birliyi Bakı-İrəvan-Moskva arasında üçtərəfli razılaşmalara müdaxilə edir: “Bəli, biz Aİ-nin üçtərəfli sazişlər prosesinə ən yüksək səviyyədə müdaxilə etmək üçün davamlı cəhdlərini görürük, Brüsselin istəsə, onların həyata keçirilməsinə kömək edəcəyini, geosiyasi oyunlara getməyəcəyini gözləyirik. Lakin biz bunu istəmirik” deyə, o, bildirib.

Zaxarova qeyd edib ki, Rusiyanın strateji məqsədi Cənubi Qafqazı sabitlik və firavanlıq zonasına çevirmək, bu prosesi təşviq etməkdir.

Brüsseldə keçirilən və digər görüşlərdən daha konstruktiv görünən liderlərin son görüşündən sonra Rusiya XİN rəsmisinin bu bəyanatı nədən xəbər verir? Rusiya Brüsseldə əldə olunan, xüsusilə də sərhədlərin müəyyənləşməsi və sülh sazişinin razılaşdırılması məsələləri ilə bağlı Rusiyanın narahatlığı və narazılığı proseslərə hansı səviyyədə təsir edə bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin fikirlərini öyrənib.

Məhəmməd Əsədullazadə: “Moskva müharibədən sonra yalnız imitasiya etməklə, əldə olunan razılaşmalara baxmayaraq Ermənistana təzyiq edərək sülhün əldə edilməsinə qarşı çıxır”.

Rusiya prezidentinin Nikol Paşinyana “Azərbaycanla məsafə saxla” təlimatını verdiyini vurğulayan politoloq PİA.az-a bildirib ki, bundan sonrakı sürəcə də yalnız əsas vasitəçi olaraq Avropa İttifaqının təşəbbüsləri müsbət nəticə verəcək:

Azərbaycanla Ermənistan arasında Brüsselin vasitəçiliyi ilə keçirilən görüşlər ilk növbədə sülhün əldə edilməsinə yönəlib. Moskvadan fərqli olaraq Brüssel real sülhün əldə edilməsinə çalışır. Moskva isə müharibədən sonra yalnız imitasiya etməklə, əldə olunan razılaşmalara baxmayaraq Ermənistana təzyiq edərək sülhün əldə edilməsinə qarşı çıxır.

Məhz aprelin 6-da Brüsseldə razılaşmalara baxmayaraq təbii ki, burada şifahi razılaşmalara var, amma, Moskvanın təşübbüsü ilə yazılı razılaşmala əldə edilib, Rusiya buna əngəl olur. Brüsselin vasitəçilyinə mane olan Rusiyadır. Əgər, Rusiya əldə olunan razılaşamlara real dəstək versəyidi, bu gün Brüsselə ehtiyac qalmazdı. Ona görə Avropa İttifaqı təşəbbüsü ələ aldı ki, Moskva imitasiya edirdi. BakıYerevan Brüsselin real vasitəçiliyini qəbul etdi.

Rusiya prezidenti Nikol Paşinyana Azərbaycanla məsafə saxla təlimatını vermişdi. Amma, Şarl Mişel bunu demir. Ona görə də bundan sonrakı sürəcə də yalnız əsas vasitəçi olaraq Avropa İttifaqının təşəbbüsləri müsbət nəticə verəcək. Mariya Zaxarovanın dedikləri Brüsselin vasitəçilyinə qarşıdır və Mokvanın bundan narahat olduğunu göstərir. Sülhə mane olan Brüssel deyil, məhz Moskvadır. Moskva yenə də Ermənistana öz təlimatlarını verərək əldə olunan razılıqları uzada bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar