Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Zaqreb Open”: Azərbaycanın daha üç güləşçisi medal qazana bilər

Bu gün Azərbaycanın daha üç güləşçisi Xorvatiyada keçirilən “Zaqreb Open”də mübarizəyə başlayacaq.

“Report” xəbər verir ki, yunan-Roma güləşçilərindən 63 kq çəki dərəcəsində çıxış edən Taleh Məmmədov 1/4 final mərhələsində Jakopo Sandron (İtaliya) - Şermuhammad Şaribjanov (Özbəkistan) cütünün qalibi ilə üz-üzə gələcək.

67 kq-da mübarizə aparan Həsrət Cəfərov 1/8 finalda Luis Alberto Sançes (Kuba) - Sinq Karanjit (Hindistan) duelinin güclüsü ilə görüşəcək.

Qadınların yarışında 53 kq çəki dərəcəsində çıxış edən Elnurə Məmmədova Li Denqlə (Çin) münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Hacıyev (74 kq), Əli Rəhimzadə (65 kq), Hacımurad Hacıyev (70 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) bürünc medal əldə ediblər. Qadınlardan isə Alyona Kolesnik (59 kq) bürünc medala sahib çıxıb.

pia.az 


Etiket: Güləş


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar