Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaqatalada evdə qaz sızması nəticəsində partlayış olub, üç nəfər xəsarət alıb

Zaqatalada qaz sızması nəticəsində partlayış olub, üç nəfər xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında rayonun Əliabad qəsəbəsində baş verib.

Qəsəbə sakini 1955-ci il təvəllüdlü Gülcöhrə Mahmud qızı Balakişiyevaya məxsus, ümumi sahəsi 74 kv/m olan fərdi yaşayış evində qaz sızması səbəbindən partlayış olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları şəxsi heyətləri və hüquq-mühafizə orqan əməkdaşları cəlb edilib. Anidən baş verən partlayış nəticəsində qaz sobasının yerləşdiyi otaqda olan G. Balakişiyeva, 1967-ci il təvəllüdlü Ramiz Tapdıq oğlu Umaxanova və 1957-ci il təvəllüdlü Abdurahman Araz oğlu Balakişiyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Yanıq xəsarəti alanlardan R. Umaxanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimsiya şöbəsinə, G. Balakişiyeva və A. Balakişiyev isə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Hər üç yaralıya 2-3 dərəcəli termiki yanıq xəsarətləri diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar