Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaqatala və Balakəndə sel: 80 nəfər təxliyə oluna bilər

Bu gün saat 18:30 radələrində Balakən rayonunda davam edən yağış nəticəsində rayon ərazisindən keçən Balakən çayı məcrasından çıxdığı üçün çay sahilində yerləşən Salban yaşayış məntəqəsində 118 ailədən (450 nəfər) 25 ailənin (80 nəfər) təxliyə edilməsi zərurəti yaranıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin qüvvələri, o cümlədən Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri tərəfindən su basmış ərazilərdə zəruri tədbirlər görülür və vəziyyət nəzarət altındadır.

Bundan əlavə, ZaqatalaBalakən rayonlarının bir sıra yaşayış məntəqələrində selin vurduğu zərər nəticəsində qaz, elektrik və su təchizatında problemlər yaranıb. Qaz, su və elektrik təchizatının bərpa edilməsi, həmçinin kənara çıxan su axınının məcrasına qaytarılması üçün FHN və digər aidiyyəti qurumların texnikaları və şəxsi heyəti ərazidə fəaliyyətini davam etdirir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar