Bazar, 04 Dekabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir İbrahimovun idarəetmə metodundan kim daha çox mənfəət əldə edir – “AzerGold”, yoxsa…

Vətəndaş Fəxrəddin Əliyev Zakir İbrahimovun idarəetmə metodunun incəlikləri yanaşı, bir sıra ilginc faktlar da açıqlayıb...

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zakir İbrahimov sözügedən vəzifəyə təyin olunana qədər “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətində İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Ona qədər isə Azpetrol LTD” Məhdud Məsuliyyətli Cəmiyyətində müxtəlif vəzifələrdə olub. İxtisasca hüquqşünasdır. Yəni, dağ-mədən sahəsinə tamamilə yad bir şəxs olub. 2016-cı ildə “AzerGold” QSC-yə sədr təyin olunduqdan bir müddət sonra Zakir İbrahimovun fəaliyyəti ilə bağlı dövrü mətbuatda müxtəlif məlumatlar yayılmağa başladı. İndi isə elektron media resurslarında “AzerGold” QSC-nin sədri barədə kifayət qədər geniş məlumatlar tapmaq olar.

Vətəndaş Fəxrəddin Əliyevin aktualinfo.org-un elektron poçtuna ünvanladığı məktubda isə Zakir İbrahimovun idarəetmə metodunun incəlikləri yanaşı bir sıra ilginc faktlar da açıqlanır. Məlumatların maraq doğuracağını nəzərə alıb olduğu kimi diqqətinizə çatdırırıq.

Əvvəla onu bildirim ki, bunu sizə yazmaqda məqsədim onlarla sahibkarın, yüzlərlə işçinin əlində aciz qaldığı Zakir İbrahimovun əməllərinin cəmiyyətə çatdırmaqdır. Qeyd etmək istədiyim məlumatlar İqtisadiyyat naziri Mikayıl Cabbarovun qudası, `AzerGold` QSC-nin sədri Zakir Zaur oğlu İbrahimov və onun ailəsinin müxtəlif yollar və vasitələrlə dövlət büdcəsindən mənimsədikləri maddi vəsaitlərlə bağlıdır. Son zamalar, nazir Mikayıl Cabbarova yaxın qohumları ilə bağlı gələn şikayətlərin sayı artsa da, cənab nazir heç bir tədbir görmür. Deyilənə görə bu cür problemləri aradan qaldırmaq üçün Zakir İbrahimovun xüsusi cadügər komandası var. İnsanları çaşdıran Mikayıl Cabbarov kimi savadlı, problemləri operativ həll etmək qabiliyyətinə malik bir inasının, kənardan sakit və zəif bir insan təəsüratı yaradan adamın əlində oyuncaq olmasıdır.

44 günlük müharibədən qalib çıxmış ölkəmizin bu ağır lakin şərəfli günlərində, hal-hazırda da düşmənlə sərhəddə döyüşlər gedən zaman, `AzerGold`QSC sədri Zakir Zaur oğlu İbrahimov nəinki ordumuza layiqli dəstəyi vermir (baxmayaraq ki, cəbhə xəttinin bir addımlığında mədən fəaliyyəti göstərir), hətta oğlu Zaur Zakir oğlu İbrahim hal hazırda törətdiyi cinayətlərə görə həbsdə olan general-leytenant Rövşən Telman oğlu Əkbərovun oğlu, Telman Rövşən oğlu Əkbərova maddi dəstək göstərir və Telman Əkbərovun məhkəmədən yayınmasına şərait yaradaraq 2 sentyabr 2021-ci ildə ölkəni Türkiyə Respublikası istiqamətində tərk etməsinə kömək etmişdir. Belə ki, Zakir İbrahimov dəfələrlə oğlu vasitəsilə Rövşən Əkbərovun ailəsinə maddi dəstək olmuş və bunu etmək səbəbi kimi isə “onun kimlə problemi olur olsun, bizə qarşı heç nə etməyib` ifadəsini göstərir. Əslində isə oğlu Zaur İbrahimin narkotik maddə qəbul edən zaman çəkilmiş video materiallarının Rövşən Əkbərovun oğlu Telman Əkbərovda olmasıdır.

Başqa bir maraqlı məqam Zakir İbrahimovun dostlarına xəyanəti ilə bağlıdır. Məsələni lap başdan analiz edək. Bildiyiniz kimi `AzerGold`QSC, ölkəmizin müstəqillik əldə etməsindən bu yana səhmdarı və idarəçisi dövlət olan hal-hazırda ilk və tək qiymətli metalların əldə olunub emalı ilə məşqul olan şirkətdir. Şirkətin illik xalis mənfəəti 50 mln ABŞ dollarından çoxdur. Lakin bu həmişə belə olmayıb. Belə ki, 2015-ci ildə ilk vaxtlar dağ-mədən sektorunda heç bir təcrübəyə sahib olmayan Zakir İbrahimov bu sektora az mənfəət vermək bəzən də mənfəətsiz işləmələrini, gələcəkdə böyük pullar qazanılacağını söz verməklə bir çox bu sahədə təcrübəsi olan şirkətlər və şəxsləri aldatmağa çalışıb və bəziləri də o tələyə düşüblər. Həmən şirkətlər öz maddi-texniki imkanlarını əsirgəməmiş, mütəxəssislərini Daşkəsəndə yerləşən Çovdar Qızıl mədəninə cəlb edərək məhv olmuş bir sahəni yenidən dirçəltməyə nail olmuşlar. Amma aradan 4-5 il keçmiş, çəkilmiş əziyyətin nəticəsi olaraq şirkət böyük mənfəətlər əldə etməyə başlamışdır. Əlavə olaraq Zakir İbrahimov da dağ-mədən sahəsini qismən öyrənməyə başlayandan sonra, həmən adamlara ehtiyac olmadığını anlayaraq hissə-hissə kənarlaşdırmağa çalışır. Növbəti addım olaraq yeni çoxmilyonlu tenderləri özünün və ya ailə üzvlərinin sahib olduğu şirkətlərə (əvvəllər də bu barədə mətbuatda xəbərlər çıxmışdı) verdirməyə başlayır. Ətrafdakılara da – `Şükür eləsinlər, iş verməyə də bilərdim, Proyekt mənimdir` deyir.

Azərbaycanda mədənçilik sənayesinin inkişafında əvəzsiz rolu olan şəxsləri hədə-qorxu yolu ilə tenderlərdə iştraklardan çəkindirir, bəzən isə həmin şəxslərin sahib olduğu şirkətlərdən pay almaqla onların tenderdə iştrakına icazə verir. Məsələn, əgər işləmək istəyirsənsə onda şirkətin bir hissəsini onun dediyi adamın adına keçirməlisən və bütün əməliyyatlardan paya uyğun, müvafiq gəlir verməlisən. Lakin məsələ bununla da bitmir. Şirkəti qeyd olunan adamın adına keçirmək planın birinci hissəsidir. İkinci hissə isə ondan ibarətdir ki, “AzerGold“ QSC tərəfindən verilən işlər üçün köçürülən hər bir pul vəsaitindən Zakir İbrahimova məxsus, guya konsaltinq xidməti göstərən saxta şirkətlərə faiz ödəməlisən. Bu sistem “AzerGold” QSC ilə əməkdaşlıq etmək istəyən hər bir şirkətə şamil edilir. Lakin şirkətlər olub ki, qoyulan şərtlərlə ilkin olaraq razı olsalar da, sonradan şərtlərin ağırlığından işləyə bilmədikləri üçün öz “öhdəliklərini“ yerinə yetirə bilməyərək iflas ediblər. Açıqlama vermək üçün Zakir İbrahimovla görüşmək istəyən zaman isə, Zakir İbrahimov – Nə görüşmək? Mən onların başına oyun açım onlar da baxsınlar – deyir.

Maraq doğuran məsələlərdən biri də şəxsən Zakir Zaur oğlu Ibrahimova məxsus olan Global Minining` MMC-ni (VÖEN – 1502534471) (hazırda qanuni təmsilçisi Kərimov Əflatun Firudin oğludur-red.) misal göstərmək olar. Zakir İbrahimov dağ-mədən sahəsində olduqca bacarıqlı və savadlı adam statusu qazandığı qənaətinə gələndən sonra bu şirkəti qurmağı oğlu Zaur Zakir oğlu İbrahimə və ailənin içinə buraxılmış adam olan Rüfət Cabbarova həvalə edir. Qeyd etmək lazımdır ki, şirkətin qurulması planı dünənin-bu günün planı olmayıb, illərlə mədənlərdə başda canlarını, enerjilərini tükətməklə külli miqdarda vəsaitlər xərcləmiş şirkətləri istismar edən zamandan gəlir. Şirkətlərə yalan vədlər verərək getmələrinə vaxtı ikən imkan verməyən Zakir İbrahimov, öz şirkətini qurduğu üçün digər köklü şirkətləri sıxışdırmağa çalışır. Göygöl rayonu, Tülallar kəndi ərazisində illər əvvəl aşkar olunmuş lakin istismarı bu ilin oktyabrında başlayası mədən, dövlət satınalmaları tenderinə çıxmadan artıq “Global Mining“ MMC-nin həvaləsəni verilmişdir. Bu `AzerGold` QSC-nin klassik iş sistemidir. Əvvəlcə işi verəcəyi adamı və ya şirkəti təyin edir, danışıq və razılıq prosesi gedir, iş başlayır. Daha sonra tender olaraq təqdim olunur. Əgər səhvən hər hansı başqa şirkət udarsa tenderi ləğv edib, bir müddət sonra yenidən müraciət edirlər.

`Global Mining`MMC isə öz növbəsində subpodratçı kimi (filiz və tullantının təyin olunmuş məntəqəyə daşınması), Zakir İbrahimovun bir çox qaranlıq işlərini (pul nağdlaşma, rekertlik, müxtəlif şəxslərə təzyiq) `Yol Tikinti Servis` MMC-nin rəhbəri Zülfüqar Muxtarova həvalə etmişdir. Burda `Global Mining` MMC-nin subpodratçı kimi `Yol Tikinti Servis` MMC-ni seçməsində digər faktor olaraq bu yolla Zakir İbrahimov öz pullarının xarici banklara transverini təhlükəsizləşdirir. Çünki Zakir İbrahimov ona çatası bütün vəsaitləri Zülfüqar Muxtarovdan Türkiyə Respublikasında təhvil alır.

Zakir Ibrahimov `AzerGold` QSC-yə sədr keçəndən bu günə kimi təkcə dağ-mədən sahəsində özünü inkişaf elətdirməyib. Eyni zamanda insani keyfiyyətlərində də `təkmilləşmə` etmişdir. Belə ki, AzerGold sədri əvvəllər ailəvi yaxın olduğu şəxslərdən uzaqlaşaraq bildirir ki, mən bacanağımla (nazir Mikayıl Cabbarov nəzərdə tutulur) bir sıradayam və sizinlə görüşməyim düzgün deyil. Övladının toyunda can başla iştrak edib böyük miqdarda pullar atan adamları indi qəbul etmir. Toplantı və görüşlərdə bildirir ki, mənim fikirlərimlə kim razı deyilsə öz xoşu ilə getsin. əks təqdirdə uzaqlaşdıraraq zərərsizləşdirəcəm.

Əvvəllər mətbuatda haqqında yazılmış neqativ məlumatları pul və hədə-qorxu yolu ilə sildirdiyi deyən Zakir İbrahimov artıq mətbuatı da manea olaraq görmür və bildirir ki, bütün mətbuat satılmışlardan ibarətdir, ağızlarına pul atıb yumduracağını bildirirməkdən çəkinmir.

Vəziyyətdən haqlı olaraq narazı olan partnyorlar çoxdur. Lakin bəziləri hələki dilə gətirmirlər, bu adamın özünə gələcəyini düşünərək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Beyləqanda güllələnən qardaşlardan birinin əlində bıçaq olub - Təfərrüat, Yenilənib

Bakıda Şaxta baba “olmağın” qiyməti artıb?

“Xalq artistini həkimlər səhv müalicə edib”- Foto, Yenilənib

Azərbaycanlı mütəxəssislər Xankəndidə: Laçın dəhlizində hərəkət bərpa edildi - Foto, Yenilənib

Talıbovlar çoxillik monopoliyadan neçə milyard qazanıblar? - Maraqlı faktlar

DTX-nin həbs etdiyi vəzifəli şəxsin yerinə müvəqqəti təyinat

Lavrovun “Kazan prinsipləri”nə geri dönüş niyyəti... - Moskva nə demək istədi?

16 yaşlı Turanın idman arenasında qətli ilə bağlı yeni detallar - Video

Beyləqanda qətlə yetirilən bir ailənin 4 üzvü dəfn olunur - Foto

Çingiz Abdullayev 203 min manatın nəyə xərcləndiyini açıqlayıb

Ən çox oxunanalar