Bazar, 26 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Zahid Oruc: “Polisi vurmaq deputatın gücü daxilindədirsə, onda millət vəkilini də döyəcək kimlərsə ola bilər”

“Biz Azərbaycan zabitinin alçaldılaraq döyülməsinə Konstitusiya çərçivəsində düzgün qiymət verməsək, qəbul etdiyimiz qanunların işləkliyinə heç kimi dəvət edə bilməyəcəyik. Hüquqi nihilizmi genişləndirən və kimin gücü varsa, digərinin fiziki cəzalandırmasına yaşıl işıq yandıran hərəkətlərə səbəb olacağıq”.

Bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsinə münasibət bildirərkən deyib.

“Ona görə də polisə və əsgərə qalxan əl dövlətə vurulan zərbə kimi qiymətləndirilməlidir. Gecədən keçmiş qanuni tabel silahına malik şəxsə qarşı linç əməliyyatı qurulursa, günün gündüz çağı millət vəkilini qanuna dəvət edən silahsız vətəndaş daha böyük işgəncəyə məruz qala bilər”, - deyə Z.Oruc əlavə edib.

Deputat bildirib ki, zorakılıq edilən şəxs Azərbaycanda ictimai-siyasi sabitliyin qorunmasında fədakarlığı ilə seçilən polis zabitidirsə, hadisəni iki hakimiyyət qolu arasında nifaq kimi təqdim edənlər mövcud olmayan gərginliyə dair süni mövzu yaradırlar.

“Hamı yaxşı başa düşür ki, polis zabitini vurmaq deputatın gücü daxilindədirsə, onda millət vəkillərini də döyəcək xeyli güclü şəxslər və qruplar meydana çıxa bilər. Parlament üzvü dövlətin simasıdır, çünki millətin şərəf və ləyaqətini, maraq və mənafelərini təmsil edir. Ona qarşı gedəndə isə mandat hüququnu itirir. Sonda biz təklif edirik ki, qanunu və vətəndaş hüquqlarını müxtəlif bölgələrdə ləyaqətlə qoruyan polis təmsilçilərindən 125 nəfəri parlament tərəfindən mükafatlandırılsın”.

***

“Təəssüflər olsun ki, müzəffər Milli Məclis olaraq deputatın polisə qarşı xuliqanlıq hərəkətini müzakirə edirik”.

Bunu Milli Məclisin iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi məsələsinin müzakirəsi zamanı deyib.

O, Eldəniz Səlimovun hərəkətini bağışlanmaz səhv adlandırıb. M.Quliyev qeyd edib ki, Eldəniz Səlimovun addımı Milli Məclisin adına xələl gətirir.

Deputatın sözlərinə görə, millət vəkili öz hərəkətləri, davranışı ilə cəmiyyətə, xalqa nümunə olmalıdır.

***

“Eldəniz Səlimovun polisə qarşı etdiyi hərəkət Milli Məclis adına ləkə oldu”.

Bunu parlamentin İntizam Komissiyasının sədri Eldar İbrahimov Milli Məclisin iclasında Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi məsələsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, hamı qanun qarşısında bərabərdir.

“Bu hadisə hamı üçün dərs oldu”, - deyə E.İbrahimov əlavə edib.

İyulun 29-da saat 01:00 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına zor tətbiq edib.

Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Seyid Həsən Amulidən növbəti cəfəng açıqlama - Video

Təbriz imam-cüməsi də Amiliyə qoşuldu: "Azərbaycan rəsmilərinə xatırladıram ki..."

Şamaxının icra başçısının dəbdəbəli villasının görüntüləri yayıldı - Foto

Bakıda məktəb direktorundan biyabırçı çıxış - Video

Kərəm Həsənovun bacısı falçıya verdiyi pulun yarısını aldı - 400 min manat...

Rusiya sülhməramlılarından böyük və ciddi addım: Xəritəni tamamilə dəyişdilər - Fotolar

Müğənni Şəhanə Şamilovanın qətlinin təfərrüatı məlum oldu

Laçın dəhlizində Azərbaycan bayrağı dalğalanır - Video

Vladimir Putin Rusiya Dövlət Dumasının rəhbərliyinə kimi layiq bildiyini açıqladı

Çıxışı qalmaqala səbəb olan direktor icra başçısının həyat yoldaşı imiş – Video

Rusiya sülhməramlılarından böyük və ciddi addım - Xəritə dəyişdirildi - Foto

Əhməd Əhmədov 9 milyon rüşvəti belə alıb - Detallar

Ən çox oxunanalar