Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yunanıstanın Baş naziri: “IGB-nin istismara verilməsi Avropa üçün xüsusi hadisədir”

“Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) kommersiya istismarına verilməsi təkcə layihədə iştirak edən tərəflər üçün deyil, həm də bütövlükdə Avropa üçün xüsusi hadisədir”...

“Report” xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində bildirib.

“IGB-nin istismara verilməsi təkcə Cənub-Şərqi Avropa üçün deyil, bütün Avropa üçün xüsusi hadisədir, çünki o, enerji təhlükəsizliyini və həm Balkan yarımadası, həm də qitənin digər ölkələrinə təbii qaz nəqlinin etibarlılığını əhəmiyyətli dərəcədə artırır”, - o deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, IGB qaz kəməri Azərbaycandan Bolqarıstana təbii qaz nəqlini həyata keçirəcək və Bolqarıstanın Rusiya qazından asılılığını zəiflədəcək. Bu, regionda həyata keçirilən digər infrastruktur layihələri ilə birlikdə etibarlı qaz təchizatı şəbəkəsi yaratmağa imkan verəcək”, - K.Mitsotakis vurğulayıb.

Yunanıstanın Baş naziri əvvəllər bir çoxlarının IGB layihəsinin həyata keçiriləcəyinə şübhə ilə yanaşdığını diqqətə çatdırıb.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar