Şənbə, 10 Dekabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yunanıstanda yaşadıqları dünya gündəmi oldu - Avropalı olmaqdan utanıram…

İspan jurnalist Xose Nunesin Yunanıstanla bağlı yazdığı xatirələir dünyada gündəm olub...

PİA.az xəbər verir ki, Yinanıstan ispan jurnalist Xose Nunezin yazdığı kitabla çalxalanır.

2016-cı ildə Yunanıstanın Yanina şəhərindən 6 kilometr kənarda yerləşən Katsikasdakı qaçqın düşərgəsində 40 gün qalan jurnalist, yaşadıqları haqda kitabı “Avropalı olmaqdan utanıram” sözləri ilə yekunlaşdırıb

Suriya, Əfqanıstan və İraqdan gələn yüzlərlə mühacir ailəsinin yaşadığı və yunan ordusunun idarə etdiyi düşərgədəki həyatdan bəhs edən Nunez, “Düşərgədəki həyatı necə təsvir edərdiniz' sualına belə cavab verib:

“Məncə, bunu ən yaxşı ifadə edən söz “çarəsizlik”dir. Təbii ki, bu söz də çətin, ədalətsiz və gündəlik məhrumuyyətlərlə dolu düşərgə həyatını tam ifadə eləmir. Amma şəxsən deyə bilərəm ki, mənim orda ən çox hiss etdiyim duyğu çarəsizlik idi”.

Euronews-da yer alan xəbərə görə, Yunanıstandakı düşərgəyə ilk getdiyi zaman gözlərinə inanmadığını bildirən ispan jurnalist, “Düşərgədə daşınan evlər, və ya buna bənzər bir şey yox idi, yalnız suya davamlı olmayan çadırlar var idi. Ona görə də yağış yağanda tam bir fəlakət olurdu”.

Düşərgədə çoxlu könüllünün də olduğunu bildirən Nunez “kimlərdənsə asılı olmayan könüllülər olmasaydı, o insanların taleyi necə olardı, bilmirəm. Təbii ki, vəziyyət bir qədər sonra yaxşılaşdı, amma o vaxtlar biz avropalı olduğumuza görə utanırdıq”.

Qeyd edək ki, “Şukran my friends” (Teşekkürler dostlarım) adlı kitab İspaniyanın ən nüfuzlu ədəbi mükafatlarından biri olan Círculo Rojo Mükafatına namizəd olub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kamran Əliyev Nazim Zeynalovu vəzifəsindən azad etdi

Kəbirə Məmmədovanın avtovağzalı bağlanır - Böyük məbləğdə cərimə

DTX Naxçıvandan iki vəzifəli şəxsi Bakıya gətirib - Foto

İranlı sünni din xadimi qaçırılaraq öldürüldü

Məsud Özildən Ronaldo barədə qalmaqallı paylaşım

Goranboyda Mərkəzi Xəstəxananın rəhbəri vətəndaşı vurub - Video

Çuxçe ölkəsinin qızı: Kim Çen Inın “qiymətli övladı” haqqında nə məlumdur…

Bakıda hərbi xidmətdəki oğlu ilə telefonla danışan qadını keçmiş əri öldürdü - Təfərrüat

"Çamadanla yolun qırağında qalmışdın” - Rəqsanə ilə Damla arasında qalmaqal

Ən çox oxunanalar