Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yüksək xolesterinin bilmədiyiniz simptomu

Bir çoxlarımızın fikrinə görə, xolesterin artıq, ziyanlı bir maddə, sanki toksin, zəhərdir...

Lakin bu belə deyil. Xolesterin insan orqanizminin normal fəaliyyəti üçün ən vacib maddələrdən biridir.

Xolesterin bütün hüceyrələrin membranlarına (qişalar) daxildir, hormonların (o cümlədən cinsi hormonların), D vitamininin sintezində və mübadilə proseslərində iştirak edir, sinir toxumalarını əhatə edən qoruyucu qatı (miyelin qişası) əmələ gətirir və s.

Xolesterin yalnız o halda təhlükəli maddəyə çevrilir ki, onun səviyyəsi orqanizmdə normadan yuxarı qalxır. Bu halda artıq, istifadə olunmamış xolesterin damarlarda yığılmağa başlayır ki, bu da damarların daralmasına, zəifləməsinə, tıxanmasına gətirib çıxardır. Bütün bunlar isə öz növbəsində ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun əsas səbəbləridir.

Təəssüf ki, bir çox hallarda yüksək xolesterin özünü heç bir simptomla büruzə vermir və burada bir çox insanların fikirləşdiyi kimi artıq çəki əsas rol oynamır. Bəli, kilolu insanların bir çoxunda xolesterinin səviyyəsi də normadan yüksək olur. Lakin bu hər zaman belə deyil. Bəzən kifayət qədər kök insanın xolesterini normada, arıq insanın isə əksinə yüksək çıxır.

Saglamolun.az Express nəşrinə istinadla bildirir ki, ABŞ-ın Milli Ürək, Ağciyər və Qan İnstitutunun (National Heart, Lung and Blood Institute) mütəxəssislərinin müşahidələrinə görə yüksək xolesterin özünü ayaqlarda əmələ gələn ağrılar və xoşagəlməz hisslərlə büruzə verə bilər.

Xolesterin damarlarda yığılaraq periferik damarların xəstəliyinin inkişafına səbəb olur. Bunun nəticəsində ayaqlarda qan dövranı pozulur, ayaqlarda spazm (sıxılma), qıcolmalar, ağrılar əmələ gəlir, insan əvvəlki kimi tez-tez yeriyə bilmir, uzaq məsafələrə piyada gedə bilmir, piyada gedəndə ağrıdan dayanmalı və bir qədər dincəlməli olur, "səbəbsiz" axsamağa başlayır.

Mütəxəssislər qeyd edirlər ki, bu simptomlara ciddi yanaşmaq və vaxtında həkimə müraciət etmək lazımdır. Əks halda patoloji prosess ürək və beyin damarlarını əhatə edərək insult və ya infarktın inkişafına gətirib çıxarda bilər.

pia.az

 

 

 


Etiket: xolesterin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar