Cümə, 01 İyul 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Yubiley sammiti... – 30 ildən sonar KTMT hərbi ittifaq olaraq özünü doğruldurmu?

Rusiya gələcəkdə bu təşkilatı NATO ilə qarşıdurmaya sövq edə bilərmi?..

Hərbi-ekspert: “Rusiya KTMT-ni ilkin təməlindən özü üçün bir “reklam şiti” olaraq yaradıb. Həmçinin Moskva bu təşkilatdan Qazaxıstanda olduğu kimi jandarmeriya kimi özünə lazım olanda onlardan istifadə etsin. Bu da müəyyən bir müddətə qədərdir”.

“KTMT formal bir təşkilatdır. Ukrayna ilə müharibə başa çatandan sonra KTMT tarixin yaddaşına keçəcək”.

Bu sözləri hərbi-ekspert Üzeyir Cəfərli KTMT-nin 30 illiyi ilə bağlı keçirilən yubiley toplantısını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən Rusiya paytaxtında Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan liderlərinin iştirakı ilə KTMT-nin sammiti keçirildi. Sammitdə qurumun birgə bəyanat qəbul etdi. Bəyanatda deyilir.

“Böhran vəziyyətlərinə müdaxilə etmək üçün ümumi qəbul edilmiş beynəlxalq hüquq norma və prinsiplərindən yan keçərək, BMT Nizamnaməsinə zidd olaraq münaqişələrin həlli üçün güc tətbiq etmək və ya güc tətbiq etmək hədəsi ilə güc tətbiq etmək meylindən ciddi narahatıq”, - deyə Kollektiv Təhlükəsizlik Müqaviləsinin 30 illiyi və KTMT-nin 20 illiyi ilə bağlı sammitdə qəbul olunmuş sənəddə deyilir.

Həmçninin KTMT ölkələrinin liderləri qitədə gərginliyin azaldılmasını vacib hesab edir, NATO ilə əməkdaşlığa hazır olduqlarını təsdiqləyiblər.

“Avrasiya regionunda davamlı sülhün təmin edilməsində öz məsuliyyətimizi dərk edərək, biz qitədə gərginliyin azaldılmasının vacibliyini vurğulayır və Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə əməli əməkdaşlıq qurmağa hazır olduğumuzu təsdiqləyirik”, - deyə sənəddə bildirilir.

Sammitdə diqqət çəkən çıxışlardan birini Belaruss prezidenti Aleksandr Kukaşenko edib. Belarus prezidenti KTMT ölkələrinin liderlərini Rusiyanaın NATO ilə mübarizəsində tək qoymaqda itiham edib. Ermənistanın baş naziri Nikol Paşinyan da KTMT liderlərinə sitəm edib. Paşinyanın sölərinə görə bəzi ittifaq ölkələri 44 günlük müharibə zamanı Azərbaycana silah yollayıb.

Rusiya prezidenti Vladimir Putin isə bütün MDB ölkələrinin KTMT-yə müşhidəçi sifəti ilə üzv olmasının vacibliyini vurğulayıb. Digər liderlər isə Putinin bu təklifinə reaksiya verməyiblər.

Ukrayna ilə müharibə və NATO ilə açıq qarşıdurma fonunda bu toplantını necə dəyərləndirmək olar? 30 illik fəaliyyət dönəmindən sonra KTMT bir hərbi ittifaq olaraq özünü doğruldutmu və Rusiya gələcəkdə bu təşkilatı NATO ilə qarşıdurmaya sövq edə bilərmi?

KTMT sammitini PİA.az-ın əməkdaşı hərbi-ekspert Üzeyir Cəfərli ilə müzakirə edib.

Üzeyir Cəfərli: “KTMT-ni NATO ilə müqayisə etmək siçanla fili müqayisə etmək kimi bir şeydir”.

Bir müddətdən sonra Rusiyanın zəifləyəcəyini və KTMT-nin də yox olacağını vurğulayan ekspert PİA.az-a bildirib ki, dünən keçirilən tədbir də sadəcə olaraq, 30 illik yubileyi qeyd eləmək üçün tətbir xatirinə keçirilən bir tədbir idi:

“KTMT-nin 30 illiyi ilə bağlı sammit, bu təşkilatın ən biabırçı toplantılarından biri idi. İndiyə qədər də təşkilatın bu qədər rüsvayçı durumda toplantısı olmamışdı. KTMT ölkə başçılarının kameralar qarşısında üz cizgilərinə diqqət yetirəndə, hər kəs bu hərbi ittifaq təşkilatının hansı səviyyədə olduğu açıq şəkildə görünürdü. O, sifətlərin mimikası, ifadələri açıq-aydın onu deyirdi ki, onlar bu hərbi ittifaqın nə keçmişinə, nə də gələcəyinə inanmırlar. Rusiyanın Ukraynaya təcavüzü fonunda bu daha aydın hiss olunurdu. Yubiley tədbirində bir xoş söz eşidilmədi və liderlər sadəcə bir-birlərinə sitəm etdilər.

Hamı bilir ki, KTMT Rusiyanın qurduğu oyuncaq bir təşkilatdır. 83 gün ərzində Rusiyanın Ukraynaya qarşı təcavüzünün fonunda bir dəfə də olsun KTMT-nin səsi çıxmadı. Səs çıxanda isə Rusiyanın “nüttəfiqləri” Moskvanın təcavüzünü müdafiə etmədiklərini dilə gətirdilər. Ən pis halda isə Belarusdan başqa bütün digər dövlətlər susmaqla öz etirazlarını ortaya qiydular. Yalnız bu gün Rusiyadan çox asılı olan Belarus və qismən də Ermənistan ictimaiyyəti Rusiyanın başlatdığı müharibəyə haqq qazandırmağa cəhd etdilər. Qazaxıstan isə Ukraynanı dəstəklədi, Tacikistan və Qırğızıstandan da heç bir səs çıxmadı. Liderlərin oturuşu və duruşundan da hiss olunurdu ki, onlar bu yubiley tədbirində iştirak etməkdən heş də məmnun deyillər.

KTMT formal bir təşkilatdır. Ukrayna ilə müharibə başa çatandan sonra KTMT tarixin yaddaşına keçəcək. Yəni zəifləmiş Rusiyanın heç bir halda nə siyasi, nə də iqtisadi gücü olmayacaq ki, KTMT-nin ayaqda durması üçün hansısa bir hərəkət nümayiş etdirsin.

Ümumiyyətlə NATO-ya qarşı KTMT gülüncdür. NATO 1949-cu ildə yaradılıb. 1955-ci ildə isə NATO-ya qarşı nəhəng “Varşava müqaviləsi” yaradıldı. Amma “Varşava müqaviləsi” darmadağın oldu. İndi də bərbad durumda olan Belarus, ondan da bərbad durumda olanda Ermənistan NATO-ya heç nə edə bilməz. Rusiya isə Ukrayna müharibədə zünün hərbi potensialını və ehtiyyatlarını tükətməkdədir. Digər ölkələr də KTMT-yə güc qatacaq səviyyədə deyil və orta sitatistika ilə, NATO-nun bir ya da iki ölkəsi KTMT-dən daha güclü hərbi potensiala malikdir. ABŞ-ın hərbi qüdrəti ilə isə KTMT-nin hərbi qüdrəti arasında yerlə göy qədər fərq var. Buna görə də KTMT bir hərbi itifaq olaraq heç nəyə nail olmayacaq. Onu NATO ilə müqayisə etmək siçanla fili müqayisə etmək kimi bir şeydir.

Üzeyir Cəfərli: “KTMT Moskvanın liderlik etdiyi bir hərbi ittifaq olaraq Rusiyanın Ukraynaya hücumuna bir cümlə ilə də olsa, dəstək vermədi”.

Sammitdə Belarusun müdafiə naziri dedi ki, yaxın gələcəkdə başqa dövlətlər də KTMT-yə qoşulacaq. Əlbəttə ki, bu sözlər onun sözü yox, Lukoşenkonun sözü idi. Çünki onlar hansı üzvləri deyir bilinmir. Belə üzvlər Pribaltikada yoxdur, Orta Asiya da öz seçimi edib. Əgər onlar Özbəkistanı nəzərdə tuturlarsa, mən inanmıram Özbəkistan başını balta altına qoysun. Ümumiyyətlə isə Daşkənd rəsmi olaraq bu məlumatları bir neçə dəfə rədd edib. Azərbaycanın isə bu təşkilata üzv olmasından söhbət belə gedə bilməz.

Bildiyimiz kimi Rusiyaya iqtisadi, hərbi, siyasi sanksiyalar tətbiq olunub. Bir müddətdən sonra Rusiya zəifləyəcək və KTMT də yox olacaq. Dünən keçirilən tədbir də sadəcə olaraq, 30 illik yubileyi qeyd eləmək üçün tətbir xatirinə keçirilən bir tədbir idi. Bir daha qeyd edim ki, KTMT Moskvanın liderlik etdiyi bir hərbi ittifaq olaraq Rusiyanın Ukraynaya hücumuna bir cümlə ilə də olsa, dəstək vermədi. Çünki bütün dünya bu gün Ukraynanın tərəfindədir. KTMT dövlətlər də özlərini çətinliyə salmaq istəmirlər.

Rusiya KTMT-ni ilkin təməlindən özü üçün bir “reklam şiti” olaraq yaradıb. Həmçinin Moskva bu təşkilatdan Qazaxıstanda olduğu kimi jandarmeriya kimi özünə lazım olanda onlardan istifadə etsin. Bu da müəyyən bir müddətə qədərdir. Bir müddətdən sonra heç buna da ehtiyac qalmayacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

İntihar edən həkimin qonşuları elə şeylər danışdılar ki...- Gizli səs yazıları

Zakir Fərəcovun əli ilə Sumqayıtı “yaşıllaşdıran” ata-bala kimlərdir?

Sülhəddin Əkbər: “Artıq NATO-nun bir nömrəli düşməni Rusiyadır” - Müsahibə

Baş Mil-Muğan Kollektorlarının İstismarı İdarəsi rəisi sahibkarlıq fəaliyyəti ilə məşğuldur - Foto

Müğənni Aysunun dörd geyim dəyişdiyi toyundan rəngli görüntülər - Video, Yenilənib

Səfər Mehdiyevin Gəncədəki qohumundan şikayət var

Baş katib: “Rusiya ilə NATO arasında dağıdıcı müharibə ola bilər”

Könül Xasıyeva: “Evlilik təklifi almışam, bir qızım olsun istəyərdim”

Ən çox oxunanalar