Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yoluxaraq sağalmış şəxslərə COVID sertifikatının hansı qaydada veriləcəyi açıqlanıb

COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 14 gün sonra veriləcək.

PİA.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması qaydası”nda əksini tapıb.

Etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını 56 gün ərzində aldıqda müddətsiz olacaq.

Qeyd edək ki, COVID Sertifikatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən formalaşdırılan, ölkə daxilində istifadə və xarici ölkələrə səfər etmək üçün nəzərdə tutulmuş və COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiqləyən, sahibinin fərdi, o cümlədən COVID-19 xəstəliyi ilə bağlı sağlamlığının vəziyyəti barədə məlumatları özündə cəmləşdirən, elektron və ya kağız daşıyıcı üzərində olan sənəddir.

Şəxsin və ya onun səlahiyyətli nümayəndəsinin COVID Sertifikatı almaq üçün E-TƏBİB və ya Elektron Hökumət İnformasiya Sisteminin MyGov platforması vasitəsilə sertifikatın əldə olunması üçün müraciət etməsi lazımdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar