Şənbə, 01 Oktyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yevlaxdakı hadisədə xəsarət alan yanğınsöndürən və polislərin son vəziyyətləri - Açıqlama

Yevlax şəhəri ərazisində beşmərtəbəli yataqxana binasında baş verən yanğın zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.

TƏBİB-dən verilən açıqlamada bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən Yevlax Rayon Mərkəzi Xəstəxanasına dörd nəfər yerləşdirilib.

Xəstəxanaya yerləşdirilən Yevlax Yanğından Mühafizə Hissəsinin (iki nəfər) və Yevlax Rayon Polis Şöbəsinin (iki nəfər) əməkdaşlarına ilkin tibbi yardım göstərildikdən sonra elə həmin gün də öz istəkləri ilə evə buraxılıblar.

Hazırda xəstəxanada yanğınla əlaqədar müalicə alan yoxdur.

Xatırladaq ki, yanğınla əlaqədar Yevlax Rayon Mərkəzi Xəstəxanasının üç təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.

Qeyd edək ki, yanğın zamanı 120 ailəyə ziyan dəyib və onlar evlərini tərk etmək məcburiyyətində qalıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Ukraynanın 4 regionunun Rusiyaya daxil olmasına dair sazişlər imzalandı - Yenilənib

Tofiq Yaqublu sərbəst buraxılıb- Yenilənib, Video

Rasim Məmmədov: "İşçi nə bilsin ki, Rövnəq Abdullayev, Ziya Məmmədov, Cavid Qurbanov zavoda nə qədər metal göndərib"

Azərbaycanda evlərin alqı-satqısına dair prosedur dəyişdirilir

Hücum helikopterləri Zahedan üzərində uçaraq Bəluç nümayişçilərinə atəş açdı - Video, Yenilənib

AMEA-nın yeni strukturunda 22 elmi müəssisə fəaliyyət göstərəcək - Siyahı

Ən çox oxunanalar