Yevlaxda minik avtomobili yük maşını ilə toqquşub.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Səmədabad kəndi yaxınlığından keçən magistral yolda baş verib. "VAZ 2115" markalı minik maşını arxadan “Kamaz” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan iki nəfər ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
pia.az