Cümə, 28 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Yerli buğda çörək istehsalına niyə yararlı deyil? - Vahid Məhərrəmlidən şərh

Azərbaycan daxili istehsalla çörəyə olan ehtiyacını ödəyə bilərmi? Yüksək keyfiyyətli buğdanın yetişdirilməsi Azərbaycan iqliminə uyğun deyil, yoxsa bu məsələdə başqa səbəblər var?..

Kənd təsərrüfatı üzrə ekspert: “Azərbaycanın özünün ərzaq təminatını ödəmək üçün bütün resursları var. Azərbaycanda torpaq, su və digər resurslar kifayət qədərdir”.

“Hökümət də ölkənin buğda tələbatını daxili bazar hesabına ödənilməsinin yollarını fikirləşməkdənsə, özlərinə sərf edən yolu seçiblər. İndi də deyirlər ki, müqavilə ilə digər ölkədən torpaq ərazisi icarəyə götürəcəyik. Görünür onlar hansısa ölkədə özləri üçün biznes quracaqlar”.

Bu sözləri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli hökümət üzvlərinin yerli buğdanın çörək istehsalına yararlı olmadığını açıqlamalarını PİA az-a şərh edərkən qeyd edib.

Azərbaycan uzun illərdir ki, buğda istehsalına dövlət səviyyəsində subsidiyalar ayırır. Lakin çörəyin qiymətinin qalxmasını əsaslandıran hökümət üzvləri yerli buğdanın çörək istehsalına yararlı olmadığını bildirirlər. Hansı səbəbdən Azərbaycanda əkilən buğda çörək üçün yararsızdır? Yüksək keyfiyyətli buğdanın yetişdirilməsi Azərbaycan iqliminə uyğun deyil, yoxsa bu məsələdə başqa səbəblər var? Ümumiyyətlə Azərbaycan daxili istehsalla çörəyə olan ehtiyacını ödəyə bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli ilə müzakirə edib.

Vahid Məhərrəmli: “Ölkə iqtisadiyyatı, o cümlədən kənd təsərrüfatı və emal sahələri tamamilə monopolist məmurların əlindədir. Bu məmurlar da bildikləri kimi iqtisadiyyatı ancaq öz maraqlarına təslim ediblər və idarəetməni də bu istiqamətdə qurublar”.

Monopoliyanın buğda istehsalçılarını sıradan çıxardığını vurğulayan ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, monopolistlər ölkəyə buğdanı xaricdən ucuz qiymətə gətirməklə bu strateji sahəni özlərinin qazanc yerinə çeviriblər. Onların Rusiyadan gətirdiyi buğda keyfiyyətcə bizim fermerlərin istehsal etdikləri buğdadan daha aşağı keyfiyyətdədir:

Azərbaycanın özünün ərzaq təminatını ödəmək üçün bütün resursları var. Azərbaycanda torpaq, su və digər resurslar kifayət qədərdir. Bəs niyə Azərbaycan özünün ərzaq büğdasına olan ehtiyyacını daxili istehsal hesabına ödəmir? Hökümət deyir ki, 2 milyon 200 min ton buğda istehsal ediblər. Bu inandırıcı deyil. Çünki əgər bu qədər buğda istehsal olunubsa, bu buğdanın heç olmasa 90 faizi istehlak üçün yararlı olmalıdır. Yəni təxminən 2 milyon buğdanı un yüyütmədə istifadə etmək olar. Amma statistika göstərir ki, hardasa 700-800 min ton buğda un istehsalında istifadə olunur.

Onu da deyim ki, əvvəllər istehsal olunan buğdanın daha çox hissəsi un istehsalında istifadə olunurdu. Çörək biçirmədə də həmin undan istifadə olunurdu. Çünki əvvəllər demək olar ki, əksər kəndlərdə kiçik dəyirmanlar var idi. Fermerlər, kəndlilər özləri istehsal etdikləri buğdadan özləri üçün un üyüdürdülər və bu un qida rasionu olaraq daha keyfiyyətli və insan orqanizmi üçün faydalı idi. Həm də üyütdükləri unu qonşulara təklif edib satırdılar. Yaxud da bazara çıxarıb satırdılar. Beləliklə də onlar gəlir əldə edirdilər. İndi isə həmin dəyirmanların demək olar ki, hamısının ağzına qıfıl vurulub.

Çünki hakimiyyətdə o sahəyə marağı olan yüksək vəzifəli məmurlar meydana çıxdı. Onlar həmin dəyirmanları sıradan çıxarmaq üçün yollar axtardılar. Həmin məmurlar özləri böyük dəyirmanlar tikdirdilər və sovetdən qalma dəyirmanları da ələ keçirdilər. Monopoliya imkan vermədi ki, buğda istehsalı get-gedə artsın. Yəni fermerlər istehsalın artımında maraqlı olsun.

Vahid Məhərrəmli: “Bunlar 2020-ci ildə örüş üçün nəzərdə tutulmuş 100 min hektar ərazidə buğda əkdilər. Amma bir kiloqram da olsun oradan buğda əldə etmədilər. Elə bilirsiniz onlar ziyana məruz qaldılar? Xeyir, onlar güya hansısa sığorta hadisəsinin baş verdiyinə görə dövlət büdcəsindən külli miqdarda vəsait mənimsədilər”.

Bu vəziyyətdən sonra kəndlilər, fermerlər istehsal etdikləri buğdanı mal-qara yemi üçün istifadə etdilər. Bir sözlə monopoliya buğda istehsalçılarını sıradan çıxardı. Monopolistlər ölkəyə buğdanı xaricdən ucuz qiymətə gətirməklə o sahəni özlərinion qazanc yerinə çevirdilər. Onların Rusiyadan gətirdiyi buğda keyfiyyətcə bizim fermerlərin istehsal etdikləri buğdadan daha aşağı keyfiyyətdədir. İndi də Rusiya Azərbaycanı pis vəziyyətdə qoyub. Rusiyada buğdanın qiyməti bahalaşmadığı halda Rusiya hakimiyyəti buğdanın ixracına rüsum tətbiq etdi. Bu rüsum da get-gedə artır. Buna görə də bu gün Rusiyadan gətirilən buğda keyfiyyətsiz olsa da, qiyməti bahadır.

Hökümət də ölkənin buğda tələbatını daxili bazar hesabına ödənilməsinin yollarını fikirləşməkdənsə, özlərinə sərf edən yolu seçiblər. İndidə deyirlər ki, biz müqavilə ilə digər ölkədən torpaq ərazisi icarəyə götürəcəyik. Görünür onlar hansısa ölkədə özləri üçün biznes quracaqlar. Bunu da büdcə hesabına həyata keçirəcəklər. Bunlar 2020-ci ildə örüş üçün nəzərdə tutulmuş 100 min hektar ərazidə əkin apardılar. Amma bir kiloqram da olsun oradan buğda əldə etmədilər.

Həmin ərazidə qoyunçuluqla, fermerlə məşğul olanları müqavilələrinin olmasına baxmayaraq zorla oradan uzaqlaşdırdılar. Ora buğda əkdilər, amma buğda heç çıxış da vermədi. Mən həmin ərazinin fotosunu çəkib sosial şəbəkələrdə yaymışdım. Elə bilirsiniz onlar ziyana məruz qaldılar? Xeyir, onlar güya hansısa sığorta hadisəsinin baş verdiyinə görə dövlət büdcəsindən külli miqdarda vəsait mənimsədilər.

Vahid Məhərrəmli: “Əslində məmurlar ölkə ərazisində olan əkin torpaqlarını elə vəziyyətə salıblar ki, sonradan o torpaqların münbitliyini bərpa etmək üçün uzun müddət lazım olacaq”.

Ölkə iqtisadiyyatı, o cümlədən kənd təsərrüfatı və emal sahələri tamamilə monopolist məmurların əlindədir. Bu məmurlar da bildikləri kimi iqtisadiyyatı ancaq öz maraqlarına təslim ediblər və idarəetməni də bu istiqamətdə qurublar. İndi də Rusiyada torpaq götürüb buğda əkib-becərib, sonra da baha qiymətə ölkəyə gətirib əhaliyə yedizdirəcəklər. Bunlar qazanc əldə etmək məqsədi ilə görün hansı adsımları atırlar. Əslində isə onlar ölkə ərazisində olan torpaqları elə bil vəziyyətə salıblar ki, sonradan o torpaqların münbitliyini bərpa etmək üçün uzun müddət lazım olacaq.

Əgər məmurlar bu işə baş qoşmasaydılar, Azərbaycan kəndliləri, fermerləri indi məhsuldarlığı 40-45 sentnerə qədər artırmışdılar. Bununla da ölkənin ərzaq buğdasına olan təlabatı tam ödəniləcəkdi. Amma indi bu sahəni ələ keçirən məmurların səpdikləri gübrə də fayda vermir. Yəni səpilən gübrələr məhsuldarlığı artırmır. Bu yolla da onlar fermerlərə ziyan vururlar. Ölkədə real vəziyyət belədir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət Gömrük Komitəsinin 20 yaşlı əməkdaşının dəbdəbəli həyatı - Fotolar

Sabiq deputatın mülklərinin siyahısı açıqlandı: Saymaqla bitmir - Fotolar

Polkovnikdən Sahil Babayevə ağır sözlər: "Ay adı nazirlik olan,sizin məqsədiniz, məramınız nədi?…"

Daha bir məktəbdə biyabırçı video: Sinifi dağıdır, müəllimi qovurlar - Video

Zakir Fərəcovun "dağılan tifağı": Eldar Həsənovun biznes şəriki çıxılmaz vəziyyətdə...

Qırğızıstan-Tacikistan sərhədində atışma zamanı 17 nəfər yaralanıb - Yenilənib,Video

Bərdədə 4 800 şəhidin paltarlarının və şəxsi əşyalarının basdırıldığı yer - Foto

Polkovnikdən Sahil Babayevə ağır sözlər: “Ay adı nazirlik olan…”

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Ermənistanla münasibətlərin normallaşması müzakirə edilib - Yenilənib

“Müharibə tərəfdarı deyiləm, işğalın və nifrət nitqinin də əleyhinəyəm”

Ermənistan XİN başçısı: "Başımıza gələn faciə özümüzü aldatmağın nəticəsidir"

Ən çox oxunanalar