Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeravanın “təklif paketləri”... - Moskvanın Bakıya yönləndirdiyi qeyri-konstruktiv təkliflər nəyə xidmət edir?

Lavrovun da vurğuladığı və Ermənistanın marqlarına xidmət edən “təklif paketləri” ilə Azərbaycan-Ermənistan sərhədində delimitasiyanınn başlanması mümkündürmü?..

Politoloq: “Ermənistan tərəfi öz havadarlarının köməyi ilə sərhədlərinin delimitasiyası və demarkasiyası məsələsində suni ajiontaj yaradır”.

“Orduların geri çəkilməsi yeni mənzərənin yaradılması deməkdir... Xüsusən də Qriqoryanın sərhəddə yerləşən və bir çox yerlərdə Azərbaycan ərazilərinə girən erməni kəndlərindən Ermənistanın ordusunun çəkilməyəcəyini vurğulaması bu prosesin başlamadan əngəllənməsi anlamına gəlir”.

Bu sözləri politoloq Zaur Məmmədov Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün mexanizm hələ formalaşmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün mexanizm hələ formalaşdırılmayıb. Ötən həftə öncə Lavrov mətbuat konfrasında bildirmişdiki, Ermənistan onlara təkliflər paketi yollayıb və onlar da bu təklifləri Bakıya yollayıblar. Hazırda isə istər Yeravan, istərsə də Moskva Bakının bu təkliflərə verəcəyi cavabı gözləyirlər.

Lavrovdan bir neçə gün sonra isə Ermənistanın Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan Ermənistan tərəfinin Rusiya vasitəsi ilə Bakıya yolladıqları təkliflər paketinin bəzi detallarına açıqlaıq gətirib. Qriqoryan bildirib ki, onlar öz təkliflərinə Bakıdan yazılı cavab gözləyirlər. Ermənilərin təklif paketində qoşunların qarşılıqlı geri çəkilməsi nəzərdə tutulur. Lakin bu geri çəkilmə sərhəddə erməni əhalinin yaşadığı ərazilərə aid olunmur. Yəni Qriqoryanın sözlərindən belə çıxır ki, Lavrovun da bəhs etdiyi təkliflər paketində faktiki olaraq erməni tərəfi bitrəfli olaraq Azərbaycan ordusunun geri çəkilməsini təklif edir. Belə “təklif paketləri” ilə Azərbaycan-Ermənistan sərhədində delimitasiyanınn başlanması mümkündürmü və belə qeyri-konstruktiv təkliflər əslində nəyə xidmət edir?

Mövzunu PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Hər bir halda proseslərin uzanması gözləniləndir. 2025-ci ilə qədər bu prosesin uzanması və müəyyən geosiyasi oyunçuların regionda öz maraqlarını reallaşdırması əsas mülahizələrdən biridir”.

Ermənistanın sərhədlərinin delimitasiyası və demarkasiyası prosesindən yayınmasını Yeravanın bu məsələdə maraqlı olmaması ilə əlaqələndirən politoloq PİA.az-a açıqlamasında bildirib ki, Ermənistan bununla Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir. Lakin bu məsələdə Ermənistan bumeranq sistemi ilə üzləşə bilər:

Ermənistan tərəfi öz havadarlarının köməyi ilə sərhədlərinin delimitasiyası və demarkasiyası məsələsində suni ajiontaj yaradır. Paşinyan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesindən boyun qaçırmaq üçün bu kimi bəhanələr irəli sürür.

Qriqoryanın açıqladığı detallar Azərbaycan üçün qəbulolunmazdır. Çünki orduların geri çəkilməsi yeni mənzərənin yaradılması deməkdir. Bu isə ancaq ermənilərin maraqlarına cavab verir. Xüsusən də Qriqoryanın sərhəddə yerləşən və bir çox yerlərdə Azərbaycan ərazilərinə girən erməni kəndlərindən Ermənistanın ordusunun çəkilməyəcəyini vurğulaması bu prosesin başlamadan əngəllənməsi anlamına gəlir.

Zaur Məmmədov: “Azərbaycanın da Ermənistana qarşı qanuni ərazi iddiaları var və buna görə də gələcəkdə Azərbaycan Ermənistanın sərhədlərini tanımaması elə Yeravanın özü üçün problem olacaq”.

Əslində isə sərhədlərinin delimitasiyası və demarkasiyası məsələləsi ilə bağlı işçi qrupu yaradılmalı və sərhədlərin dəqiq olaraq hansı yerlərdən keçməsi müəyyənləşdirilməli, dəqiqləşdirilməlidir. Hər bir halda proseslərin uzanması gözləniləndir. 2025-ci ilə qədər bu prosesin uzanması və müəyyən geosiyasi oyunçuların regionda öz maraqlarını reallaşdırması əsas mülahizələrdən biridir.

Ermənistanın Rusiyanın da israrçı olduğu sərhədlərinin delimitasiyası və demarkasiyası prosesindən yayınması Yeravanın bu məsələdə maraqlı olmaması ilə bağlıdır. Amma Ermənistan tərəfi bilməlidir ki, sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinə getməməsi onların özlərinin əleyhinədir. Ermənistan bununla Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir. Lakin bu məsələdə Ermənistan bumeranq sistemi ilə üzləşə bilər. Çünki Azərbaycanın da Ermənistana qarşı qanuni ərazi iddiaları var və buna görə də gələcəkdə Azərbaycan Ermənistanın sərhədlərini tanımaması elə Yeravanın özü üçün problem olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar