Çərşənbə, 22 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Yeniyetmə qızın sanitar qovşağa zəncirlənməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bərdədə yetkinlik yaşına çatmayan qızın sanitar qovşağa zəncirlənməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.3-cü(qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə)maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, rayonda yetkinlik yaşına çatmayan 2003-cü il təvəllüdlü Ə.Y.-nın fiziki zorakılığa və istismara məruz qalması barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.
Məlumatla əlaqədar RPŞ-nin istintaq-əməliyyat qrupu hadisə yerində olub. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Ə.Y.-nın anası Şəlalə İsmayılova və onun tanışı Ruslan Rzayevlə birgə yaşadığı evdə yetkinlik yaşına çatmayan qızı tərbiyələndirmək məqsədi ilə sanitar qovşaqda ayağını zəncirlə dəmir boruya bağlayıblar.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Erməni maşınları rədd olur gedir, bizi saxlıyırlar...”

Məktəblərin “əl yandıran” bahalı qiymətləri: 68 min… - Siyahı

İrandakı soydaşlarımız etiraza qalxır: Tehrana bir həftə vaxt verildi

Qisas zəminində qətl: Azərbaycanlı gəncin ayağına ağır əşya bağlayıb suya atdılar

Pakistan Azərbaycana görə İrana xəbərdarlıq edib: "Elə etməyin ki, Tehrana qoşun yeridək"

Bu müğənnilər də cinayət məsuliyyətinə cəlb oluna bilər

“Nə dövlətimiz var, nə müstəqilliyimiz - Şərəfimiz də yoxdur, Qarabağ da...”

Koronavirus xəstələrindən pulu necə alıblar? – Sensasion mesajlar üzə çıxdı

“Yeni Klinika”nın direktoru: "İpotekada olan evdən və bir maşından başqa nəyim var?"

Londonda meşəsi olan sabiq nazir indi haradadır? – Unudulan məmurlar

Səttar Möhbalıyevin 30 illik fəaliyyəti yoxlanılmalı, o layiq olduğu cəzanı almalıdır- Qudaların “işbirliyiİ”…

“Bandotdel” 20 nəfərlik narkotacir şəbəkəsini saxladı - Başçıları qadın olub - Foto

Ən çox oxunanalar