Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yenidən Rusiyaya üz tutan Paşinyanın Laçın yolu tələbi... - Moskva Yerəvanı müdafiə edəcək?

Paşinyan Putinlə telefon danışığı zamanı Laçın yolu ilə bağlı “humanitar böhran”a toxunub...

Politoloq: “Paşinyanın Rusiyaya qarşı kimi görünən addımlar atması əslində Rusiyadan daha çox dəstək qoparması ilə əlaqəlidir”.

Rusiya nə qədər Ermənistanı cəzalandırmaq istəsə belə, onu nə Azərbaycanın, nə də başqa ölkənin qarşısına atmaz”.

Bu sözləri politoloq Azər Qasımov Paşinyanla Putinin telefon danışmasını PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Danışıq zamanı Paşinyan Laçın dəhlizi ilə bağlı “humanitar böhran”a toxunub. Baş nazir bunun aradan qaldırılması üçün Rusiya tərəfindən lazımi addımların atılmasının vacibliyini vurğulayıb. Tərəflər bu kontekstdə Rusiyanın Azərbaycanın Qarabağ bölgəsindəki sülhməramlı missiyasının fəaliyyətini müzakirə ediblər. Hər iki ölkə rəhbəri üçtərəfli sazişlərin icrasına da toxunublar.

Bəzi ekspertlərin fikrincə, Qərbdən istədiyi dəstəyi ala bilməyən Nikol Paşinyan xeyli vaxtdır arxa çevirdiyi Rusiyaya yenidən üz tutmaq məcburiyyətində qalıb. Eyni zamanda Analitiklər Paşinyanın Kreml rəhbərindən istədiklərini ala bilməyəcəyini iddia edirlər.

RusiyaLaçın yolu məsələsində Ermənistanı müdafiə edəcəyinə nə qədər ehtimal vermək olar?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi şərhçi Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Bütün sahələrdə Rusiyadan asılı olan Ermənistanın ona qarşı çıxırmış kimi görünməsi aldadıcı xarakter daşıyır”.

Qərbin Ermənistan üzərindən regionda maraqlarının və planlarının olduğunu xatırladan politoloq bildirib ki, Paşinyan da bundan istifadə edib həm Qərbi, həm də Rusiyanı öz məqsədləri üçün istifadə etmək istəyir:

“Paşinyanın Rusiyaya qarşı kimi görünən addımlar atması əslində Rusiyadan daha çox dəstək qoparması ilə əlaqəlidir. Hər kəsə bəllidir ki, regionda hansı dövlətin mövcud olmasından asılı olmayaraq həlledici söz sahibi ən azı hələlik Rusiyadır. Bütün sahələrdə Rusiyadan asılı olan Ermənistanın ona qarşı çıxırmış kimi görünməsi aldadıcı xarakter daşıyır. Bu, eyni zamanda, Rusiya tərəfindən də belədir. Rusiya nə qədər Ermənistanı cəzalandırmaq istəsə belə, onu nə Azərbaycanın, nə də başqa ölkənin qarşısına atmaz.

Rusiya Ermənistan istəyib deyə, Qarabağda yerləşməyib. Ona görə də Paşinyanın istəyindən asılı olmayaraq, əgər Laçın yolu məsələsində susqun görünsə də, bu, məqam gələcək ki, həlledici addım atacaq.

Qərbin təbii ki, Ermənistan üzərindən regionda maraqları və planları var. Paşinyan da bundan istifadə edib həm Qərbi, həm də Rusiyanı öz məqsədləri üçün istifadə etmək istəyir. Amma hara getmək istəsə belə, Rusiya əvvəla onu buraxmaz, sonra isə heç Ermənistan da heç hara gedən deyil”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar