Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni üçtərəfli sənəd hazırlanır - Bakı, Ankara və Moskva İrəvanın məkrli oyunlarına qarşı

Paşinyan yenə “havaya” gedib; Ermənistan sülhə əngəl olmaqla ən böyük pisliyi özünə edir; ölkədən böyük köç başlayıb; rusiyalı tarixçi-alim: “Qarabağ məsələsi əbədilik bağlanıb...”

Son seçkilərdəki qələbədən sonra Ermənistanın qərbyönlü rəhbərliyi bir az da inamlı şəkildə pərdəarxası oyunlara girişib. Belə görünür ki, əsas məqsəd bölgədə böyük sülhü ləngitmək, 10 noyabr üçtərəfli anlaşmanı pozmaqdır.

Daima qlobal güclərin əlində alət olmağa, ianələr diləməklə öz mövcudluğunu saxlamağa adət eləmiş bu cırtdan, terrorçu ölkəyə Fransanın təşəbbüsü ilə Avropa Birliyinin (AB) 2.6 milyard avro maliyyə yardımı vəd eləməsi isə Paşinyan hökumətinin əl-qolunu daha da açıb. Ermənilər bu xəbəri az qala toy-bayram kimi qarşılayıblar.

*****

Bir çox siyasi təhlilçilər hesab edir ki, AB-nin bu yardımı İrəvanda Bakıya qarşı revanşist ovqatı, radikal ritorikanı gücləndirəcək. Hərçənd hazırda Ermənistanın olan-qalan əhalisinə Avropanın milyardları deyil, özü lazımdır. Köç edib orada əbədi yaşamaq üçün.

Yeri gəlmişkən, Paşinyan hökumətinin kontur-səylərinə, cənnət nağıllarına rəğmən, Ermənistanda demoqrafik problem ağırlaşmaqda davam edir. Rəsmi qaynaqların məlumatına görə, təkcə bu ilin 6 ayı ərzində Ermənistanı 138 min nəfər tərk edib. Onların da 80 mini həmişəlik gedib. Politoloq Qrant Mikaelyana görə, bu, 6 ay üçün olduqca ciddi rəqəmdir və ölkədən böyük köçün başladığını göstərir.

Çətin ki, Avropa Birliyinin böyük maliyyə dəstəyi bu prosesi durdura bilsin. Çünki “quyuya su tökməklə orada su qalmaz” deyib müdriklər. Başqa sözlə, əsas problem erməni əhalisinin əksəriyyətinin ölkənin gələcəyi ilə bağlı bədbin ovqatda olmasıdır. Bu da məntiqlidir. Ona görə ki, Ermənistan qonşu Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımayınca, onun üzərindən müharibə kabusu çəkilməyəcək. Demək, Ermənistanın iqtisadi dirçəlişi də xülya olaraq qalacaq...

*****

“Paşinyan Makronun oyununda müvəqqəti ”peşka" (“piyada”) qismindədir".

“Yeni Müsavat”ın məlumatına görə, bunu tanınmış rusiyalı tarixçi-alim, politoloq Oleq Kuznetsov “Kavbüro”ya müsahibəsində söyləyib. Ermənistana ayrılan maliyyə dəstəyinin əsl hədəfindən danışan ekspert deyib: “Bu gün Fransa açıq-aşkar nəinki Qafqazdan olan 2 milyon ermənini, hətta Qarabağdakı 100 min ermənini də qəbul edib ”həzm etməyə" hazır deyil, çünki ona ərəb və Afrika mühacirləri artıqlaması ilə bəs edir. Odur ki, ermənilərin Ermənistandan qaçmasının qarşısını almaq üçün elə onları yerində dəstəkləmək lazımdır. Gələnilki seçkilərdə Makrona həqiqətən bir milyon yarım Fransa ermənisinin səsi, onların inzibati, maliyyə və maddi-texniki resursları lazımdır. Bu mənada Paşinyanın situativ dəstəyi və ermənilərdən siyasi alət kimi istifadə sayəsində Makron eyni vaxtda iki problemi həll edir - dövlətin və özünün şəxsi problemini".

Öz növbəsində erməni politoloq Benyamin Poqosyan iddia edib ki, Avropa Birliyi Ermənistana 2.6 milyardı 44 günlük müharibədən sonra bölgədə formalaşmış status-kvonu qəbul etməsi üçün verir. Onun fikrincə, ölkədə iqtisadi artımı və əhalinin gəlirlərinin çoxalmasını təmin edəcək maliyyə dəstəyi Ermənistan cəmiyyətini mövcud status-kvonu dəyişmək fikrindən yayındırmaq üçün ayrılır.

Mərkəz rəhbərinin sözlərinə görə, növbəti 5 ildə ölkəyə hər il 500 milyon dollar daxil olacaq ki, bu da iqtisadi aktivliyi yüksəltmək baxımından kifayət qədər böyük məbləğdir: “Nəticədə Artsaxda 2020-ci ilin 10 noyabrından sonra formalaşmış vəziyyətin dəyişdirilməsinə çağırış edən siyasi qüvvələr populyarlıqlarını getdikcə itirəcəklər. Sosial-iqtisadi vəziyyəti ildən-ilə yaxşılaşan insanlar isə müharibə və ya status-kvonun dəyişməsi üçün hər hansı addımların atılmasında daha az maraqlı olacaqlar”.

Poqosyana görə, Avropa Birliyi hazırda Azərbaycanı nəyəsə razı salmaq niyyətində olmadığına görə rəsmi Bakıya az pul ayırıb: “Əslinə qalsa, indiki vəziyyət Bakını tam qane edir və onun hansısa pula da ehtiyacı yoxdur”.

*****

Səslənən ehtimallar və versiyalar fonunda Azərbaycan Prezidenti İlham Əliyevin son Rusiya səfəri və bu səfər çərçivəsində həmkarı V.Putinlə görüşü ikiqat maraq kəsb edir. Ona görə ki, söhbət Paşinyanın əli ilə böyük sülhü əngəlləməkdən, Qərbin, Fransanın Ermənistanın əli ilə Moskvanı bölgədən, hətta Qarabağdan (sülhməramlılar) sıxışdırıb özlərinin onun yerinə keçməsindən gedir.

“Əliyev və Putin arasındakı görüş Moskva, Bakı və İrəvan arasında növbəti üçtərəfli müqavilənin imzalanması ərəfəsində reallaşıb. Fransanın artan diplomatik fəallığının bununla yalnız dolayı əlaqəsi var. Onlar, sadəcə, ”uzaqlaşan qatara özlərini çatdırmağa" çalışırlar".

Aleksandr Perenciev

Bu sözləri isə digər tanınmış rusiyalı politoloq Aleksandr Perenciev deyib.

Onun fikrincə, proseslər rəsmi İrəvanın maneələri fonunda gedir. “Ona görə də artıq mətbuatda qeyd olunduğu kimi, rəsmi Moskva ilə Bakı arasında ”saat əqrəblərinin tutuşdurulması"na ehtiyac yaranıb ki, Ermənistan-Azərbaycan münaqişəsinin bundan sonrakı həll mexanizmləri, habelə Cənubi Qafqazda kommunikasiyaların açılması məsələsində artıq əldə olunmuş razılaşmalar bir daha nəzərdən keçirilsin. Söhbət o cümlədən ən ağrılı bəndlərdən biri kimi Zəngəzur dəhlizinin açılmasından gedir", - deyə analitik vurğulayıb.

*****

Oleq Kuznetsov

Oleq Kuznetsov isə əmindir ki, Fransanın Güney Qafqaza girməsinə Bakı, Ankara və Moskva heç vaxt imkan verməyəcək: “Fransanın Cənubi Qafqaza girişi heç vaxt olmayıb, yoxdur və olmayacaq da. Heç ABŞ o boyda gücü ilə Qafqaza girə bilmədi, o ki ola öz problemləri ilə həddindən artıq yüklənmiş Fransa. Qarabağ mövzusu hamı üçün birdəfəlik bağlanıb. İstisna yalnız Ermənistan siyasi elitasının o kəsimidir ki, onlar bütün həyatları boyu xidmət etdikləri ”miatsum" ideyasının məhvindən sonra unudulmaq məcburiyyətindədir".

Kuznetsovun sözlərinə görə, Qafqazda yeni reallıq yaradılıb: “Hansı reallıq ki, artıq onu ləğv və ya inkar etmək mənasızdır. Hərçənd ahıl yaşında olan bir çoxları buna alışmağa çətinlik çəkir”, - deyə ekspert qeyd edib.

Onun əminliyinə görə, Fransanın Qafqazda öz nüfuzunu artırmağa yönəlik istənilən cəhdi Azərbaycanın bölgədəki ən yaxın iki qonşusunun - Rusiya və Türkiyənin kəskin müqaviməti ilə üzləşəcək: “Moskva və Ankara regionda üçüncü rəqibin olmasına dözməyəcək və mən zərrəcə şübhə etmirəm ki, Rusiya və Türkiyə Parisin istənilən təhdidinə cavab olaraq situativ olaraq birləşəcək”. “Yeni Müsavat ”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar