Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni troyan proqramı yüzlərlə “Android” tətbiqinə təhlükə yaradır

“ThreatFabric” şirkətinin informasiya təhlükəsizliyi sferasında çalışan ekspertləri “Android” mobil platforması üçün yüzlərlə populyar tətbiqetməni təhdid edən yeni təhlükəli zərərli proqram təminatı aşkar edib.

“Report” “banki.ru” portalına istinadən xəbər verir ki, söhbət kibercinayətkarların qeydiyyat məlumatları və ödəniş informasiyalarını oğurlamaq üçün istifadə edə biləcəyi “BlackRock” troyan proqramından gedir.

“BlackRock” bank troyanları sinfinə aiddir, lakin ekspertlər bildirir ki, bundan “PayPal”, “Gmail”, “Uber”, “eBay”, “Netflix”, “Amazon” kimi tətbiqlərdən, eləcə də “Telegram”, “WhatsApp”, “Skype”, “Twitter”, “Facebook”, “Instagram”, “TikTok”, “YouTube”, “Tinder”, “Pinterest” və s. kimi sosial şəbəkə və messencerlərindən məxfi məlumatları oğurlamaq üçün istifadə edilə bilər. Ümumilikdə zərərli proqram təminatı “Android” üçün 337 populyar tətbiqetmənin təhlükəsizliyini təhdid edir.

Yayılması üçün troyan qanuni “Google Update” paketində gizlədilir. Cihaza quraşdırıldıqdan sonra zərərli proqram sistemdəki hüquqları artırmaq üçün icazə istəyir. Troyan ödəniş məlumatlarını oğurlamağı hədəfləyir, lakin kibercinayətkarlar bundan hər cür məxfi məlumat toplamaq üçün də istifadə edə bilərlər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar