Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yemək üstündə qardaşını öldürdü, ona ox atanı komandir təyin etdi 

Çingizxanla bağlı maraqlı faktlar...

Bu dəfə dünyanın ən böyük sərkərdələrindən biri sayılan Çingizxan haqqında danışacağıq. O, 1162-ci ildə Onon çayının sahilində doğulub. Onun adı "dəmir" və ya "dəmirçi" mənasını verən Timuçin idi. Çingizin cəmi 9 yaşı olanda atası rəqib tatar tayfası tərəfindən zəhərlənib. Öz tayfası ailəsini sürgünə göndərdiyi üçün anası 7 uşağını tək böyütməli olub.

PİA.az dünyanın ən böyük sərkərdələrindən biri olan Çingizxan haqqında bilinməyən məlumatları təqdim edir.

Balaca Timuçin uşaq ikən həyatda qalmaq üçün ovla məşğul olmağa başlayıb. Hətta o ,nahar üstündə yaranan bir mübahisədə öz qardaşını öldürüb. Gənc vaxtlarında rəqib tayfalar tərəfindən özü və xanımı qaçırılır, bir müddət qul kimi yaşayır. Bütün bu çətinliklərə baxmayaraq o, 20 yaşında güclü sərkərdə kimi tanınmağa başlayır.

"Çöl kralı" dünya tarixində iz qoymuş şəxs olsa da, onun fiziki xüsusiyyətləri haqqında elə də çox şey məlum deyil. Təəssüf ki, Timuçinin dövründən heç bir heykəltəraşlıq və rəsm əsəri qalmayıb. Bir çox mənbələrdə o, hündürboylu, güclü, gur saqqallı, uzunsaçlı biri kimi təsvir edilir.

Çingizxan qəbilə və tayfaya önəm verən biri deyildi. O, istedadlı insanları sinfinə, əcdadlarına və hətta keçmiş sədaqətinə görə mühakimə etmədən ucaltmağı ilə tanınırdı. Bunun ən gözəl nümunələrindən biri 1201-ci ildə baş verib. Taycut qəbiləsi ilə müharibə zamanı atına atılan oxdan az qala həyatını itirəcək Timuçin müharibə bitdikdən sonra Taycut əsirlərinin yanına gedib həmin oxu kimin atdığını soruşur. Bir əsgər cəsarətlə qabağa çıxıb oxu özü atdığını deyir. Əsgərin şücaətinə heyran olan Çingizxan bu əsgəri öz ordusuna komandir təyin edir və ona ox mənasını verən "Cebe" adını verərək şərəfləndirir.

Çingizxan yürüşləri zamanı digər krallıqlara monqol hökmranlığını sülh yolu ilə qəbul etmək imkanı təklif edir, lakin müqavimət göstərənlərin heç birinə aman verməzdi. Məsələn, 1219-cu ildə Xarəzm imperiyası monqollarla müqaviləni pozdu. Ortaya çıxan problemi həll etmək üçün Çingiz xan Xarəzm şahına İpək Yolu üzərində mal ticarətinin tənzimlənməsi və nəzarəti ilə bağlı ticarət müqaviləsi təklif etdi. Ancaq qarşı tərəf bu təkliflə saraya gələn elçiləri öldürür.

Bu hərəkətdən sonra Çingizxan bütün ordusunu yığaraq Xarəzm üzərinə hücuma keçir. Nəticədə, Xarəzm imperiyası tamamilə dağılır, lakin Çingizxan bununla kifayətlənmir. Döyüş zamanı ona əsgər göndərməyən Tankurt dövlətinə hücum edərək ailəsini qətlə yetirir.

Tarixçilərin əsas müzakirə mövzularından biri də Çingizxanın dövründə monqolların əslində nə qədər adamı öldürməsidir. Bir çox tarixçilər bu rəqəmin 40 milyona yaxın olduğunu bildirirlər. Tarixi qeydlər göstərir ki, Çingiz xanın dövründə Çin əhalisi on milyondan çox itki verib. Onun Xarəzm imperiyasına səfəri zamanı imperiya əhalisinin dörddə üçü həlak olub. Ümumilikdə monqol hücumlarının dünya əhalisinin 11 faizini öldürdüyü hesab edilir. Bu gün eyni nisbətə çatmaq üçün təxminən 770 milyon insanın öldürülməsi lazımdır. (publika.az)

pia.az


Etiket: Çingizxan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar