Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yekun sülh müqaviləsindən danışmaq tezdir, amma.. – Brüssel görüşünün nəticələri

Ötən gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevErmənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüş keçirib. 5 saatdan artıq davam edən görüşü bundan öncəki təmaslarda əldə edilmiş razılaşmaların təkmilləşdirilm əsi və icrasının sürətləndirilmə si kimi qiymətləndirmək olar.

Şarl Mişelin açıqlamasından da aydın olur ki, görüşdə yalnız sərhədlərin delimitasiyası, kommunikasiyala rın bərpası və sülh danışıqları deyil, həmçinin humanitar məsələlərə, o cümlədən minaların təmizlənməsi, itkin düşmüş insanların taleyi də müzakirə edilib. Budəfəki görüşdə də nə “Dağlıq Qarabağ” ifadəsi işlədildi, nə ATƏT-in Minsk Qrupunun həmsədrlərinə istinad edildi, nə də mübahisəli məsələlər münaqişə kimi xarakterizə edildi.

Şarl Mişelin görüşdən sonra tərəflər arasında nail olunan məsələlərə aydınlıq gətirərkən vurğuladığı bir neçə detal isə xüsusi diqqət çəkir:

Birincisi, Şarl Mişel qeyd edib ki, yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarını n ilk birgə iclası keçiriləcək. Burada sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlər həll ediləcək.
İndiki məqamda istər Şarl Mişelin təşəbbüsünə, istərsə də Brüssel formatının uğurlu olacağına rəsmi Bakının inamı böyükdür. Bununla belə, Brüsselin öncəki görüşlərdə əldə edilən razılaşmaların icrasını İrəvandan tələb etməsi zəruridir. Məsələn, aprelin 6-da keçirilən Brüssel görüşündə sərhədin delimitasiya ilə bağlı birgə komissiyanın yaradılmasına dair konkret razılıq əldə olunsa da, Ermənistan tərəfi razılaşmanın icrasını yubadır. Ermənistan tərəfi faktiki olaraq bu yöndə heç bir addım atmır və bunu müxtəlif bəhanələrlə əsaslandırmağa çalışır.

May ayında İrəvan iki dəfə sərhəddəki görüşdən imtina etmişdi. Aprel danışıqlarından sonra da biz müntəzəm olaraq Kəlbəcər istiqamətində təxribatların intensivləşməsi nin şahidi olduq. Şarl Mişel “dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarını n ilk birgə iclası keçiriləcək” açıqlaması isə həm də rəsmi İrəvanın bütün bəhanələrinə baxmayaraq razılaşmalardan yayına bilməyəcəyi mesajını verir. Rəsmi Bakı isə səbirli və soyuqqanlı davranaraq Brüssel formatına etibar etdiyini göstərir.

İkincisi, Şarl Mişel qeyd edib ki, liderlər nəqliyyat əlaqələrini blokdan çıxarmağa başlamağın zəruriliyi ilə bağlı razılığa gəliblər.

İstər Şərqi Zəngəzurda, istərsə də Naxçıvanda Azərbaycan tərəfi bütün nəqliyyat infrastrukturun u istifadəyə hazır vəziyyətə gətirib. Beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, torpaq haqları, eləcə də gömrük qaydaları barədə gəlinən razılıq isə Yaxın günlərdə baş nazirin müavinləri səviyyəsində müzakirə ediləcək.

Üçüncüsü, Şarl Mişel həm də iki ölkə başçısının iyul-avqust aylarına qədər Avropa İttifaqının təşəbbüsü ilə yenidən bir araya gələcəyini bildirib.

Prinsip etibarilə, buna ehtiyac var. Məsələ ondadır ki, rəsmi Bakı üzərinə götürdüyü bütün öhdəlikləri qısa zaman ərzində icra edib. Ermənistan tərəfinin prosesə yanaşması və bu ölkə tərəfindən razılaşmaların icrasını yoxlamaq baxımından yeni görüşlərin keçirilməsi vacibdir. Bu, həm də İrəvan və Bakı arasında Avropa İttifaqının təşəbbüsü ilə davam edən danışıqlarda kimin prosesi yubatdığını, eyni zamanda öhdəliklərdən boyun qaçırdığını müəyyənləşdirəc ək.

Dördüncüsü, Şarl Mişel Avropa İttifaqının hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcəyini bildirib.

Şarl Mişel bu mexanizmin nədən ibarət olacağını təəssüf ki, bildirməyib. Bununla belə ehtimal etmək olar ki, Mişel Brüsselin Bakı və İrəvanla üçlü iqtisadi mexanizm çərçivəsində əməkdaşlıq etməsini istəyir. Nəzərə alsaq ki, hazırda iki ölkə arasında əsas problemlərdən biri də qarşılıqlı iqtisadi əlaqələrin bərpasıdır, Brüsselin bu istiqamətdəki fəaliyyətini məqbul saymaq olar.

Beşincisi, Şarl Mişel ErmənistanAzərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinin müzakirəsini davam etdirmək barədə razılığa gəlindiyini qeyd edib. O, yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdiyi komandaların bu prosesi irəli aparacağını qeyd edib.
Mişelin sözlərindən bu nəticəyə gəlmək olar ki, sülh müqaviləsi barədə danışmaq hələ tezdir, lakin müqavilənin imzalanacağı tarix düşünüldüyü qədər də uzaq deyil. Mərhələli şəkildə iki ölkə arasında problemlərin həll edilməsi yekun sülh müqaviləsinin də imzalanmasını sürətləndirə bilər.

Turan Rzayev - Politoloq

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar